Azərbaycan və Türkiyə hökumətləri uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan Fransa barəsində birgə tədbirlər görməlidir. Türkiyə parlamentinin üzvləri belə hesab edirlər.
“Azərbaycan və Türkiyə hökumətləri Fransa barəsində birgə adekvat qərarlar qəbul etməlidirlər”, - deyə Türkiyə parlamentinin deputatı Atilla Qaya “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun fikrincə, qeyd edilən qərarın qəbulu zamanı Fransanın hədəfi məhz Türkiyə və Azərbaycan olub. “Buna görə, Fransa Senatının qərarı cavabsız qalmamalıdır və əgər Bakı və Ankara birgə təşəbbüs göstərsə, buna cavab təsirli ola bilər”, - deyə A.Qaya vurğulayıb.
Parlament üzvü təəssüflə bildirib ki, Avropa ölkələri və ABŞ bununla belə Türkiyə-Ermənistan sərhədinin açılmasına təkid etməkdə davam edir ki, baxmayaraq ki, Ermənistan Azərbaycanın 20% ərazisinin işğalını davam edir. “Buna görə, Türkiyə və Azərbaycan bu növ münasibətə və təzyiqə birgə cavab verməlidir”, - deyə A.Qaya bildirib.
Türkiyə parlamentinin digər deputatı Məhərrəm Varlı həmçinin, Bakı və Ankaranın Fransa barəsində cavab addımlarını razıaşdırılmasının vacib olduğunu hesab edir. “Bakı və Ankara sözdə deyil, Parisə işdə sərt cavab verməlidir. Fransa barəsində çox təsirli tədbirlər görmək olar. Bunlar Fransa Senatının Azərbaycan və Türkiyəyə qarşı qəbul etdiyi sənədə adekvat cavab olacaq”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət