SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) $500 mln. məbləğində debüt avrobond buraxılışının yerləşdirilməsini həyata keçirib. Bu barədə şirkətdən məlumat verilib.
SOCAR-ın avrobondları London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil edilib.
“SOCAR-ın avrobondlarının yerləşdirilməsi investorlar arasında yüksək maraq doğurub. 290 investor tərəfindən verilən sifarişlərin ümumi həcmi $4,6 mlrd təşkil edib. Avrobondlar 5 il müddətinə buraxılıb, ödəniş tarixi – 2017-ci il fevral ayına qədərdir. Bondlar üzrə gəlirlilin illik faiz dərəcəsi 5,45% təşkil edəcək”, - deyə məlumatda qeyd edilir.
SOCAR-ın məlumatına görə, 46% avrobondlar emissiyaları İngiltərə, 38% - Avropa, 12% - ABŞ, 4% - Asiya investorları tərəfindən alınıb. Ümumilikdə, 63% avrobondlar emissiyaları fond idarəçiləri, 16%- banklar, 11% - sığorta şirkətləri və təqaüd fondları, 10% - hedc fondları tərəfindən alınıb.
“SOCAR avrobondlarının dünyanın müxtəlif regionlarından olan çoxsaylı sərmayədar qrupları arasında əldə edilməsi, eyni zamanda onlar tərəfindən verilən sifarişlərin avrobondların buraxılışının məbləğindən 9 dəfədən artıq olması xarici investorların Azərbaycana marağının yüksək olduğunu göstərir. Bu Azərbaycan iqtisadiyyatının güclənməsi və dünya iqtisadiyyatında onun rolunun artmasının bariz nəticəsidir”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, SOCAR-ın avrobondlar buraxılışı şirkətin yeni maliyyə alətlərindən yararlanmaq, beynəlxalq kapital bazarından sərmayə cəlb etmək məqsədi ilə əlaqədardır.
SOCAR-ın avrobon yerləşdirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət