Əfqanıstana yüklərin tranziti məsələsində Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq qalır. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay cümə günü jurnalistlərə bəyan edib.
“Bu məsələ səhər Prezident İlham Əliyevlə görüş zamanı müzakirə edilib. Prezident məni əmin etdi ki, Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq”, - deyə C.Appaturay bildirib.
O qeyd edib ki, ki, NATO-nun bütün yüklərinin 30%-i Azərbaycan ərazisindən keçir.
“İndi NATO üçün elə bir dövr başlayıb ki, yaxın 2-3 il ərzində alyansa təkcə Əfqanıstana yük daşımaq yox, oradan yükləri daşımaq da lazım gələcək. Azərbaycan prezidenti məni əmin etdi ki, Azərbaycan bu məsələdə NATO-nu dəstəkləyir”, - deyə NATO-nun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfəri zamanı texniki, o cümlədən AWACS uçuş sistemlərinin Azərbaycanın hava məkanından istifadə etməklə Əfqanıstana aparılması məsələləri müzakirə edilməyib.
O həmçinin bəyan edib ki, səfəri zamanı Azərbaycanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı müzakirə edilməyəcək. “Azərbaycan rəhbərliyi bu məsələni qaldırmayıb. Mənin xüsusi nümayəndə postunda olduğum müddətdə biz əməkdaşlıq, onun genişləndirilməsi və güclənməsi məsələlərinə diqqət yetiririk”, - deyə C.Appaturay bildirib.
O bəyan edib ki, Azərbaycan Prezidenti NATO-nun Çikaqo sammitinə dəvət olunub, burada İSAF ölkələrinin nümayəndələri ilə görüşlər keçiriləcək.
“Biz artıq Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsinin icrasına dair saziş imzaladıq. Bu gün Azərbaycan Prezidenti ilə görüş zamanı İPAP-ın bu mərhələ çərçivəsində əməkdaşlıq sahələri üzrə müzakirələr və fikir mübadiləsi aparılıb. NATO əməkdaşlığının bütün sahələrinin qarşılıqlı maraqlara cavab verdiyinə əmin olmaq üçün bu məsələləri yaxın gələcəkdə də müzakirə edəcəyik”, - deyə alyansın nümayəndəsi bildirib. .
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət