Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda sığorta-pensiya sisteminin 2020-ci ilə qədər inkişaf konsepsiyasını hazırlayır. Bu barədə fondun sədri Səlim Müslümov cümə günü “Azərbaycanın sığorta-pensiya sistemi - 2020: gələcəyə baxış” mövzusunda təqdimatda məlumat verib.
“Ölkənin sığorta-pensiya sisteminin perspektivli inkişafının əsas istiqamətlərini müəyyən etmək üçün beynəlxalq ekspertlərin cəlb edilməsi ilə aktuar araşdırmalar aparılıb. Bununla yanaşı, əsas diqqət 2020-ci ilə qədər ola dövrə yetirilib”, - deyə S.Müslümov qeyd edib.
O həmçinin məlumat verib ki, DSMF və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin (USTDA) birgə təşkilatçılığı ilə ABŞ-ın “Overture Finansial” şirkəti Azərbaycanın demoqrafik, makroiqtisadi göstəricilər və sığorta-pensiya sistemi üzrə araşdırmalar aparıb.
“Araşdırmaların yekunlarının əsasında Azərbaycanın 2020-ci ilə qədər sığorta-pensiya sisteminin perspektivli inkişafının əsas istiqamətləri üzrə təkliflər hazırlanıb”, - deyə S.Müslümov qeyd edib.
“Overture Finansial” şirkətinin prezidenti Məhəmməd Baki təqdimatda qeyd edib ki, sığorta-pensiya sisteminin əsas məqsədi pensiyaçıların sosial rifahın yaxşılaşdırılmasıdır. “Şəxslərin pensiyaya çıxmasından öncə aldığı əmək haqqının 60-80%-i səviyyəsində pensiya məbləğini təmin etmək üçün Azərbaycanın bütün imkanları var”, - deyə M.Baki əlavə edib.
O həmçinin vurğulayıb ki, Azərbaycanın sığorta-pensiya sisteminin inkişaf modeli 40 il müddətinə nəzərdə tutulacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət