2012-ci ilin 1 yanvar tarixinə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 4,58 mln. ədəd təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayından 2,522 mln. ədəd sosial (pensiya və müavinətlərin ödənilməsi üçün), 1,33 mln. ədəd əmək haqqı, 547 min ədəd digər, 181 min ədəd kredit kartları təşkil edir.
2011-ci ildə debet və kredit kartları üzrə dövriyyə 7,18 mlrd. manat təşkil edib. Hesabat dövründə 50,953 mln. tranzaksiya həyata keçirilib.
2011-ci ildə debet kartlar vasitəsilə 6,457 mlrd. manat məbləğində 48,13 mln. tranzaksiya həyata keçirilib. Bununla yanaşı, debet kartlarla əməliyyatların böyük hissəsi kartlardan pul çıxarılması ilə bağlıdır. Ötən il bu məqsədlə bankomatlar vasitəsilə 660 mln. manat məbləğində 4,475 mln. tranzaksiya həyata keçirilib.
Hesabat ilində kredit kartları üzrə dövriyyə 771 mln. manat, həyata keçirilmiş tranzaksiyaların sayı 2,824 mln. təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət