Azərbaycanın Təhsil Nazirliyi 11 illik məktəb təhsilindən 12 illik sistemə keçmək məqsədi ilə “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsinə nail olmağa çalışacaq. Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.
“Dünyanın bütün ölkələrində məktəb təhsili 12 il nəzərdə tutulub. Hesab edirik ki, bizə də bu sistemə keçmək lazımdır”, - deyə nazir cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi qanuna müvafiq dəyişikliklər edilməsi üzərində səylə çalışacaq. Əgər bu baş tutarsa, təhsilin 10 ili ümumi olacaq, son iki ildə isə şagirdlər ali məktəblərə hazırlaşacaqlar.
M.Mərdanovun jurnalistlərlə söhbəti Bakıda hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən təhsil problemlərinə həsr olunmuş dəyirmi masada baş tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət