Ali məktəblərə qəbul imtahanlarında abituriyentlər üçün test tapşırıqları son dərəcə mürəkkəbdir və çox vaxt məktəb proqramına cavab vermir. Bu barədə təhsil naziri Misir Mərdanov bəyan edib.
“Mən şəxsən araşdırma aparmışam. 10 ən yaxşı məktəb müəlliminə bu tapşırıqları təqdim etdim və onlar hətta ”üç”ə cavab verə bilmədilər”,- deyə M. Mərdanov hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə cümə axşamı Bakıda keçirilən təhsilin problemlərinə həsr olunmuş dəyirmi masada çıxış edərkən bildirib.
Nazir həmçinin, bir çox müəllimlərin repetitorluq etməsindən, bunun da şagirdlərin ümumi hazırlığına mənfi təsir etməsindən narahat olduğunu bildirib. “Əminəm ki, Azərbaycanda 12 illik məktəb təhsilinin tətbiqi bu vəziyyəti yaxşıya doğru dəyişəcək”, - deyə o qeyd edib.
Nazir 5 yaşlı uşaqların yalnız təxminən dörddə birinin cəlb edildiyi məktəbəqədər təhsilin inkişafının da daha bir problem olduğunu vurğulayıb.
M.Mərdanov son illərdə respublikada təhsilin inkişafındakı uğurlardan da danışıb. Belə ki, 2004-cü ildə 1063 şagirdə bir kompüter düşdüyü halda, məktəblərin kompüterləşmə siyasəti nəticəsində hazırda 20 məktəbliyə bir kompüter düşür. Bu gün 1200 məktəb internetə qoşulub.
1998-ci ildən 2011-ci ilə qədər azərbaycanlı məktəblilər beynəlxalq olimpiadalar üzrə 18 qızıl, 38 gümüş, 71 bürüc medal, məktəbdənkənar olimpiadalar üzrə isə ümumilikdə 1886 medal qazanıblar.
Son 4 ildə 40 minə yaxın ibtidai sinif müəllimi ixtisaslaşma kursu keçib, bu dövr ərzində 400 adda 50 mln. dərslik buraxılıb, 500 məktəbin kitabxanaları dərs vəsaitləri ilə təmin olunub. Beləliklə, bu gün məktəblərdə dərslik çatışmazlığı problemi tamamilə həll edilib.
Bundan başqa, nazir əlavə edib ki , 2006 -2015-ci illər üçün xüsusi proqramın həyata keçirilməsinə başlamasından etibarən uşaq evlərindən 149 uşaq bioloji valideynlərinə və yaxud yaxın qohumlarına geri qaytarılıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət