2012-ci ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 31,63 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinin 15,7%-ni təşkil edib. Bu barədə DSMF-in məlumatında bildirilir.
Yanvar ayında fondun gəlirləri 200,6 mln. manat təşkil edib, bu isə da 2011-ci ilin analoji dövrünün göstəricisindən 28,8% çoxdur.
Bununla yanaşı, hesabat dövrü ərzində fondun büdcəsinə icbari sosial sığorta haqları üzrə daxilolmalar 22,3% - 67,65 mln. manata qədər artıb. Həmçinin, özəl sektordan icbari sosial sığorta üzrə daxilolmalar bütün ayırmaların 72,9 %-ni və ya 7,09 mln. manat (artım 16,8%) təşkil edib, proqnoz 115,3% yerinə yetirilib.
DSMF-in məlumatına görə, hesabat dövründə büdcə təşkilatlarından fonda daxilolmalar 18,3 mln. manat (artım 40,3%) təşkil edib, proqnoz 114,3% yerinə yetirilib.
DSMF-in qalan gəlirləri dövlət büdcəsindən transfertlərin və digər gəlirlərin payına düşüb.
2012-ci ilin yanvar ayı ərzində fondun xərcləri 168,97 mln. manat təşkil edib. Həmçinin pensiyaların ödənilməsi üçün xərclər 164,2 mln. manat (artım 14,6%), müavinətlərin ödənilməsi üçün xərclər – 2,7 mln. manat təşkil edib.
2012-ci ilin yanvar ayında fondun digər xərcləri 2,1 mln. manata (artım 2,3 dəfə) təşkil edib.
DSMF-in məlumatına görə, Azərbaycanda əmək pensiyaçılarım ümumi sayı 1 mln. 277,596 min nəfər, həmçinin 498,75 min – kişi, 778,846 min – qadın təşkil edir. Bununla yanaşı, əlillik üzrə əmək pensiyası alan şəxslərin sayı 331,586 min nəfər, yaş üzrə - 812,771 min nəfər, ailə başçısını itirdiklərinə görə – 133,239 min nəfər təşkil edir.
2011-ci ilin yanvar ayına olan göstərici ilə müqayisədə pensiyanın orta aylıq məbləği 28,7% - 145,2 manata qədər, həmçinin yaş üzrə pensiyanın orta aylıq məbləği – 36,4% - 160,4 manata qədər artıb. Ölkə üzrə pensiyanın orta aylıq məbləği əmək haqqına hisbətdə 40%, yaş üzrə pensiyanın – 45% təşkil edir.
DSMF-in 2012-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 2 mlrd. 454,3 mln. manat həcmində təsdiqlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət