İranın hakim dairələri Azərbaycanın İsraillə əməkdaşlığından əbəs yerə ehtiyat edirlər. Bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Bu barədə Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə bəyan edib.
“Bütün dünya Azərbaycanın demək olar ki, son iyirmi ildə yürütdüyü siyasətin hər hansı bir ölkəyə qarşı yönəlmədiyinə şahiddir. Bu, Azərbaycan-İsrail əməkdaşlığına da aiddir”, - deyə A. Mirzəzadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Azərbaycan-İsrail və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü olan deputat bir sıra kütləvi informasiya vasitələrinin (KİV) Azərbaycanın İsraildən ümumi məbləği $1,6 mlrd.-a bərabər olan pilotsuz uçan aparatlar və hava hücumundan müdafiə sistemləri alması barədə məlumatlarının doğruluğuna şübhə etdiyini bildirib. “Azərbaycan özü də pilotsuz uçan aparatlar istehsal edir, onları xaricdən almaq nəyə lazımdır?”, - deyə parlament üzvü soruşub. “KİV-in bu məlumatını dəqiqləşdirmək lazımdır”, - deyə o əlavə edib.
A.Mirzəzadə hesab edir ki, İran hər bir halda Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıqdan narahat olmamalıdır. “Rəsmi Bakı həmişə bəyan edib ki, istənilən problemi müzakirə etməyə hazırdır. Bundan başqa, Azərbaycan öz ərazisindən başqa ölkələrin İrana qarşı istifadə etməsinə yol verməyəcəyini dəfələrlə bəyan edib”,- deyə deputat vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət