Azərbaycanın gələcəkdə neft hasilatının həcmlərinin artımına ehtiyacı yoxdur. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev çərşənbə günü jurnalistlərə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasından sonra bəyan edib.
“Hesab edirəm ki, Azərbaycana gələcəkdə neft hasilatının artımı lazım deyil. Ölkə1994-cü ildə qarşısına qoyduğu neft sənayesinin inkişafına dair məqsədi tam yerinə yetirib. Nəticədə, bizdə bütün lazımi infrastruktur yaradılıb və ölkəyə pulların böyük axını təmin edilib”, - deyə N.Əliyev qeyd edib.
Onun sözlərinə görə, ölkəyə gələcəkdə pul axınının çoxalması inflyasiyanın artması kimi mənfi nəticələrə səbəb ola bilər.
“Ən yaxşısı, Azərbaycanda hazırki neft hasilatının həcmini uzun dövr ərzində saxlamaqdır. Qaza gəlincə, bizim kifayət qədər qaz ehtiyatlarımız var və qaz hasilatını artırmağa davam etmək, eyni zamanda yeni qaz bazarları açmaq lazımdır”, - deyə N.Əliyev qeyd edib.
Bununla yanaşı, o məlumat verib ki, Azərbaycan qazının ixracının əsas istiqaməti Qərbdir.
Xəbər verildiyi kimi, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə neft hasilatının həcmi 45 mln. 977,1 min ton, qazın - 28 mlrd. 280 mln. kubmetr roqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət