Azərbaycanın Qəbələ RLS üçün icarə məbləğinin atımı əsaslıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Fərəc Quliyev belə hesab edir.
“Əgər Qəbələ RLS bundan sonra da Rusiyaya icarəyə verilərsə, o zaman bu real qiyməti nəzərə alınaraq həyata keçirilməlidir”, - deyə F.Quliyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Bununla yanaşı, parlament üzvü vurğulayıb ki, Bakıda bu stansiyanın regionda Rusiyanın hərbi obyekti kimi fəaliyyət göstərməsinə ehtiyac olduğunu anlayırlar. “Lakin, nəzərə almaq lazımdır ki, Rusiya, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil edilir. Bundan başqa, baxmayaraq ki, Rusiya ATƏT-in Minsk qrupunda təmsim olunur, o açıq formada Ermənistana silah verir. Bütün bunlar Rusiyanın Qəbələ RLS vasitəsilə aldığı məlumatı Ermənistanla bölüşəcəyini güman etməyə əsas verir”, - deyə o vurğulayıb.
Bununla yanaşı, F.Quliyev ona diqqəti yönəldib ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanması zamanı raketlər istifadə ediləcək, aviasiya, hava hücumundan müdafiə sistemləri cəlb ediləcək. "Buna görə, bunu nəzərə alaraq, hesab edirəm ki, Qəbələ RLS Rusiya tərəfinə icarəyə verilməsi özündə müəyyən risklər daşıyır”, - deyə parlament üzvü qeyd edib.
O qeyd edib ki, Qəbələ RLS-in icarə müddətinin uzadılması üzrə saziş müəyyən şərtlərin icrası, xüsusilə, bu radiolokasiya stansiyasından alınan məlumatın Ermənistan tərəfinə ötürülməsinə yol verilməməsi ilə ilə bağlı olmalıdır. “Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya ilə danışıqlarda müəyyən şərtlərin qoyulmasında və bu obyektin icarəsi üçün yüksək qiymət tələb etməkdə tamamilə haqqlıdır”, - deyə parlament üzvü vurğulayıb.
2002-ci il yanvarın 25-də Qəbələdə RLS-in statusu,istifadə prinsipləri və şərtlərinə dair 10 il müddətinə imzalanan razılaşma radiolokasiya stansiyası üçün informasiya-analitik mərkəz statusunu nəzərdə tutur və onu Azərbaycanın mülkiyyətinə aid edir.
Rusiya qüvvədə olan sazişə əsasən, RLS-in icarəsi üçün illik $7 mln. ödəyib.
Bundan başqa, Rusiya bu stansiyanın istifadəsinə görə, 1997-2000-ci illər ərzində $31 mln. vəsait ödəyib.
Hazırda Azərbaycan və Rusiya Qəbələ RLS-ə üzrə sazişin 10 il müddətinə uzadılmasına dair şərtlərin müəyyən edilməsi üçün danışıqlar aparır.
Azərbaycan tərəfi öncədən bəyan edib ki, danışıqlarda Rusiyadan icarə haqqını artırmasını xahiş edir.
Bir sıra Rusiya mətbuatının məlumatına əsasən, Azərbaycan öncə Rusiya tərəfindən illik $15 mln. icarə haqqı istəyib. Lakin, həmin məlumatlara görə, Azərbaycan tələb edilən məbləği $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət