Qubada baş verən hadisələrin bəzi qüvvələr tərəfindən üsyan və ya inqilab kimi təqdim olunması əsassız və cəfəngiyyatdır. Bu barədə Milli Məclisinin vitse-spikeri Bahar Muradova cümə günü jurnalistlərə bildirib.
“Məsələn, cümə axşamı Parisdə yüzminlik mitinq keçirilib. Bu cür hadisələri inqilab kimi qiymətləndirmək olmaz. İnsanların onları narahat edən sosial məsələlərlə bağlı fikir və etiraz bildirməsi normal haldır. Bu, onların hüququdur”, - deyə B.Muradova bildirib.
Bu aksiyanın ilhamvericisinin xarici qüvvələr ola biləcəyi ehtimalını şərh edərək deputat bəyan edib ki, araşdırmanın nəticələrini gözləmək lazımdır.
“Mən bu məsələdə kimisə ittiham edə bilmərəm. Ölkənin hüquq-mühafizə orqanları baş verənlərlə bağlı araşdırmalara başlayıb. Bizə araşdırmanın nəticələrini gözləməliyik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Qubada baş verən aksiya etiraz kimi başlasada, lakin sonra onun gedişatında provokasiyalar olub. “Ayrı-ayrı şəxslərin sui-istifadə cəhdlərinin qəti surətdə qarşısını almaq lazımdır. Azərbaycan, vətəndaşların öz fikrini azad ifadə etdiyi bir ölkədir”, - deyə o bildirib.
Onun sözlərinə görə, bəzi aksiya iştirakçılarının əllərində Prezident İlham Əliyevin portretinin olması nümayiş edir ki, “ölkə hakimiyyətinin yürütdüyü siyasət qaydasındadır, yalnız yerlərdə çatışmazlıqların mövcudluğu barədə danışmaq lazımdır”. “Əminəm ki, əhalinin böyük etibarına malik olan Prezident İ.Əliyev öncəki tək, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görəcək”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, bir neçə gün öncə internetdə Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun qubalıların ünvanına bir sıra ittiham və təhqirlərlə çıxış etdiyi videosüjet yayılıb, bu isə cümə axşamı kütləvi iğtişaşlara səbəb olub. Öncə iğtişaşlar rayonun İcra Hakimiyyətinin binası qarşısında başlayıb, sonra rayon polis idarəsinin binasının yanında etiraz aksiyasına çevrilib.
Etirazçıları nə R.Həbibovun üzr istəməsi, nə ölkənin nəqliyyat naziri Ziya Məmmədov, nə parlamentə bu regiondan seçilən deputat Vahid Əhmədov sakitləşdirməyə müvəffəq olmayiblar.
Vəziyyəti nizama salmaq üçün rayon ərazisinə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgərləri, zirehli texnika və yanğın nasosları daxil edilib.
Həmçinin, vəziyyətin sabitləşməsinə V.Əhmədovun R.Həbibovun tutduğu postdan azad edilməsi barədə verdiyi məlumat, həmçinin iğtişaşlar zamanı saxlanılan 22 nəfərin buraxılması yardım edib.
İğtişaşlar faktı üzrə cinayət işi qaldırılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət