Dövlət Miqrasiya Xidməti (DMX) fevral ayında 940 əcnəbinin ölkədən çıxarılmasına qərar verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DMX-dən məlumat verilib.
“DMX tərəfindən qəbul edilən qərarlara və İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, fevral ayında 940 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycandan çıxarılması qərara alınıb”, - deyə çərşənbə axşamı DMX-dən bildirilib.
Bununla yanaşı, DMX tərəfindən qəbul edilmiş qərara əsasən, 798 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan ərazisini 48 saat ərzində tərk etməlidir. 142 əcnəbi və vətəndaşlığı olmayan şəxsin isə ölkədən təcili çıxarılması barədə qərar qəbul edilib.
DMX-dən bildirilib ki, ümumilikdə hesabat dövründə 1,1 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində inzibati cəza tədbirlərinin görülməsi qərara alınıb. “Bu ilin mart ayında 1164 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində qanunsuz miqrasiya, o cümlədən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması səbəbi ilə inzibati cəza tədbirləri görülüb”,- deyə DMX-dən qeyd edilib.
Bundan başqa, bu ilin fevral ayında DMX-yə ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə əlaqədar 4941 müraciət daxil olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət