Bazar günü Bakıda “Nizami” Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimatı keçirilib. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
Film “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalıdır. Filmin təqtimatı “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilib və Xocalı faciəsinin 20 illiyinə həsr olunub.
Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş insanlıq faciəsindən bəhs edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva qeyd edib ki, bu film Xocalı soyqrımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.
“Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib, lakin günahsız öldürülmüş insanların xatirəsi daim ürəyimizdə yaşayacaq. Bu film 1992-ci ilin 26 fevral tarixində Xocalıda törədilən faciədən bəhs edir. Biz inanırıq ki, tezliklə bu dəhşətli faciə beynəlxalq qiymətini alacaq. Bu hadisənin günahkarları isə cəzalandırılacaqlar”,- deyə L. Əliyeva bildirib.
L. Əliyeva həmçinin qeyd edib ki, 2012-ci ildə İslam Konfransı Gənclər Forumu xətti ilə Xocalı faciəsinin siyasi və hüquqi aspektlərdən tanınması, o cümlədən ədalətin tam bərqərar olması istiqamətində fəaliyyət davam etdiriləcək.
Filmin əsasını təşkil edən müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lapaytis tədbirdə çıxışı zamanı bildirib ki filmdə münaqişə ilə bağlı Ermənistan və Azərbaycanın rəsmi dairələrinin mövqeləri əks etdirilməyib. Ona görə hər iki ölkədə yaradıcı kollektivin mövqeləri ilə razılaşmayanlar ola bilər. “Mənim üçün əsas odur ki, dünya Xocalı barəsində bilsin. Ədalətin bərqərar olması üçün əsas şərt məhz budur”,- deyə o bildirib.
L.Əliyevanın və “Xocalıya ədalət” kampaniyasının fəaliyyətini yüksək qiymətləndirən litvalı jurnalist həmçinin, qeyd edib ki, kampaniyanın peşəkar səviyyədə aparılması və onun obyektivliyi siqnal variantının nümayişini məhz bu kampaniya çərçivəsində keçirmək barədə çəkiliş qrupunun qərarına təsir edib. “Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin. Bu, dialoqun başlanmasına, heç olmasa, hümanitar xarakter daşıyan bu məsələdə ortaq məxrəcin tapılmasına kömək edərdi”,- deyə R. Lapaytis əlavə edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət