Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının nümayəndə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək üçün dünya cəmiyyətinə müraciət edib.
“Biz dünya cəmiyyətinə, beynəlxalq gənclər təşkilatına müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə çağırırıq”, - deyə bazar ertəsi Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarının müraciətində qeyd edilir.
“Biz inanırıq ki, beynəlxalq təşkilatlar, ayrı dövlətlər və dünya cəmiyyəti Cənubi Qafqazda bu təhlükəli ocağın ləğv edilməsində, bu münaqişənin beynəlxalq hüquq normaları müvafiq olaraq həllində öz potensialından istifadə edəcəklər. Biz inanırıq ki, yalnız dünya cəmiyyətinin ədalətli, cəsarətli və prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyi üçün vasitədir”, - deyə müraciətdə qeyd edilir.
Qurultayın yekunlarına görə həmçinin qətnamə qəbul edilib, burada birliyin nizamnaməsi qeyd edilir.
Bundan başqa, birliyin Mərkəzi Şurasına dövlət qeydiyyatından keçmək üçün Dünya Azərbaycanlı Gənclər Birliyinin sənədlərini Azərbaycan Ədliyyə Nazirliyinə təqdim etmək, həmçinin ofislə təmin edilməyə yardım üçün Azərbaycan hökümətinə müraciət etmək tapşırılıb.
Qurultayında işində 532 nümayəndə - xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilən diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan gənclər təşkilatlarının təmsilçiləri, dünyanın ali təhsil müəssisələrində təhsil alan gənclər, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edib.
“Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət