Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycan Hökumətinin respublikada “çirkli” pulların yuyulması, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aparılan işlərin statusuna dair hesabatı təsdiq edib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) saytında yerləşdirilmiş məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, mart ayının 5-9-da Strasburqda MONEYVAL-ın 38-ci plenar iclası keçirilib.
İclasda digər məsələlərlə yanaşı, 2010-cu ildə üçüncü mərhələ üzrə birgə qiymətləndirmə hesabatları əsasında hazırlanan MONEYVAL-ın “horizontal icmal”ında əks olunan tövsiyələrin Azərbaycan tərəfindən icra vəziyyəti müzakirə edilib. İclas zamanı Azərbaycanın nümayəndə heyəti bi istiqamətdə görülən işlər barəsində hesabat təqdim edib.
Plenar iclasda Azərbaycan nümayəndə heyətinə QKDK-nın sədri Rüfət Aslanlı rəhbərlik edib.
Xəbər verildiyi kimi, Azərbaycan Hökuməti MONEYVAL-a üçüncü tərəqqi hesabatını 2013-cü ildə təqdim edəcək. Hökumətin ikinci hesabatı 2011-ci ilin dekabr ayında təsdiq edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət