Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Bakı-2020”nin Təşkilat Komitəsi ilə birgə Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinə dəstək olaraq imzatoplama aksiyasına başlayıblar.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin çərşənbə günü Bakıda keçirilən mətbuat konfransından verdiyi məlumata görə, imzaların toplanması bütün iri ticarət-əyləncə mərkəzlərdə, parklarda, mehmanxanalarda, həmçinin ölkənin regionlarında aparılacaq.
“Əsas məqsədimiz Azərbaycan əhalisini 2020-ci ildə keçiriləcək Olimpiya barədə məlumatlandırmaqdır. Əlbəttə ki, paytaxtımızın namizədliyini dəstəkləmək üçün maksimal sayda imza toplamağı planlaşdırırıq. Ümid edirik ki, imzaların sayı 1 milyona yaxın olacaq”, - deyə “Bakı-2020”nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.
K.Nurullayevanın sözlərinə görə, aprelin 14-də Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası keçiriləcək. Burada “Bakı-2020”nin Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələrinə yığılan imzaları təqdim edəcək.
“Mayın 23-də BOK-un İcraiyyə Komitəsinin iclasında hansı iddiaçı şəhərin növbəti mərhələyə keçdiyi müəyyənləşəcək. Sentyabrın 7-də 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer qəti müəyyənləşəcək”, - deyə K.Nurullayeva əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət