2012-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 1 mlrd. 196,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,23% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında kapital qoyuluşlarının ümumi həcmindən 398,1 mln. manat (bütün kapital qoyuluşlarının 33,3%-i) xarici investisiyaların, daxili investisiyalarının - 798,3 mln. manat (bütün kapital qoyuluşlarının 66,7%-i) payına düşüb.
Yanvar-fevral aylarında neft sektoruna 484,8 mln. manat (bütün kapital qoyuluşlarının 40,5%-i), qeyri-neft sektoruna - 711,6 mln. manat (bütün kapital qoyuluşlarının 59,5%-i) sərmayə qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 587,4 mln. manat və ya bütün kapital qoyuluşlarının 49,1%-ni təşkil edib.
Yanvar-fevral aylarında dövlət müəssisələri və təşkilatları tərəfindən 628,9 mln. manat və ya bütün investisiyaların 52,5%-i), özəl təşkilatlar tərəfindən - 567,5 mln. manat və ya bütün investisiyaların 47,5%-i məbləğində kapital qoyuluşları həyata keçirilib.
Yanvar-fevral aylarında müəssisə və təşkilatların vəsaitləri hesabına 651 mln. manat (azalma 3,7%), bank kreditləri hesabına - 96 mln. manat (artım 3,7%), büdcə vəsaitləri hesabına – 318,4 mln. manat (artım 25,9%), büdcədənkənar fondların vəsaitləri hesabına - 28 mln. manat (azalma 27,2%), əhalinin vəsaitləri hesabına – 39,6 mln. manat (artım 50,3%), digər mənbələrdən – 0,4 mln. manat (azalma 68,9%) məbləğində kapital qoyuluşları həyata keçirilib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət