Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan SSR-nin Əmanət Bankında əhalinin əmanətlərinin indeksləşdirilməsi üçün tələb olunan vəsaitin həcmini təxminən 1 mlrd. manat səviyyəsində qiymətləndirir.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“İndeksləşdirmə aparılması üçün təxminən 1 mlrd.manat vəsait tələb oluna bilər. İndeksləşdirmə 2,4 mln. nəfər insanın əmanətlərinə şamil ediləcək”,- deyə Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə,Vergi Məcəlləsuinə uyğun olaraq bu vəsaitlərdən vergi tutulmur.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev keçmiş Azərbaycan SSR –nin Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları barədə fərman imzalayıb. Fərmana uyğun olaraq fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə keçmiş Azərbaycan SSRİ-nin Əmanət Bankında əmanətləri olan əmanıətçilərə veriləcək.
Ödənişlərin verilməsi 2012-ci ilin iyun ayından başlamalı və 2013-cü il dekabrın 31-də başa çatmalıdır. Bu proses “Kapital Bank” ASC tərəfindən həyata keçirilməlidir.
Brdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı qaydada hesablanır: əmanət 2 min rubla qədər olduqda (0,04 manat), əmanət qalığının hər bir qəpiyi üçün 75 manat əmsal tətbiq ediləcək.
Əmanət 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat.
Əmanət 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat.
Əmanət 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat.
Fərmana əsasən, birdəfəlik ödəməni almaq üçün 2012-ci il dekabrın 31-nə qədər Nazirliyinə “Kapital Bank” ASC-yə müraciət etmək lazımdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət