Aprelin 10-da professor Rudolf İvanovun “Kəlbəli xan Naxçıvanski.Onun dövrü və irsi.Tarixi oçerklər” kitabının təqdimatı keçiriləcək.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə tədbirə təşkilatçılıq edən “Azərbaycanlıların dostları Cəmiyyəti - Naxçıvan ” Regional İctimai Təşkilatından məlumat verilib.
Kitaba Azərbaycanın əfsanəvi Naxçıvanski xanları sülaləsinin banisi Kəlbəli xan Naxçıvanskiyə həsr edilımiş 11 tarixi oçerk daxil edilib.
Kitabda İranın Ağa Məhəmməd şah Qacar tərəfindən idarə edildiyi dövrdə Naxçıvanın maraqlarının Kəlbəli xan tərəfindən necə müdafiə edildiyi , Rusiya ilə əlaqələri olduğundan şübhəli bilinərək Kəlbəli xanın kor edilməsi barədə məlumat verilir. Kor edilən Kəlbəli xanın dövlət və sərkərdəlik faaliyyəti iki İran –Rusiya müharibəsi (1804–1813 və 1826–1828 illər.) hadisələrinin geniş mənzərəsi fonunda nəzərdən keçirilir :Kəlbəli xanın İran hökmdarı Fətəli şahla, Rusiya İmperiyasının Qafqazdakı qoşunlarının baş komandanı knyaz Sisiyanovla, gözdən düşmüş gürcü çarı Aleksandr İrakliyeviç və digər məşhur tarixi şəxsiyyətlərlə qarşılıqlı münasibətləri açıqlanır. Kəlbəli xan həyatda olarkən baş verən və onun ölümündən sonra da iz buraxan diqqətə layiq faktlar : Kəlbəli xanın general A.P.Yermolovla üş görüşü; A.S.Qribaedov tərəfindən rus əsir və fərarilərinin İrandan çıxarılaraq Rusiyaya aparılması; General İ.F.Paskeviçin komandanlığı altında rus qoşunları tərəfindən Cənubi (İran) Azərbaycanın müvəqqəti işğalı və orada rus üsul - idarəsinin tətbiqi ,Türkmənçay sülh müqaviləsi əsasında ermənilərin İran ərazisindən Rusiya ərazisinə müsəlman torpaqlarına köçürülməsi və bu qərarın mənfi nəticələri təsvir edilir.
Kitabda Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı , eləcə də nadir kitablar və inqilabaqədərki dövrün mətbuatının materiallarından istifadə edilib.260 sənədin tam mətni və sitatlar təqdim edilib.Kitabda Kəlbəli xan Naxçıvanskinin təsvir edildiyi 12 portret və 160 tarixi illüstrasiya dərc edilib. Kitab Qafqaz, Zaqafqaziya və Yaxın Şərqin tarixinə biganə olmayan Rusiya və Azərbaycan vətəndaşları üçün maraq doğurur.
Kitabın nəşri Azərbaycan-Rusiya əlaqələrinin fəal tədqiqatçısı, tanınmış tarixçi və yazıçı professor Rudolf İvanovun anadan olmasımnın 80 illiyi ilə eyni vaxta salınıb.
R.İvanov Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Informatika üzrə Beynəlxalq mükafatın laureatı, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasinin Tarix İnstitutunun fəxri doktoru, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü, Azərbaycanın ”Dostluq” ordeninin kavaleridir.
Təqdimat mərasimində Azərbaycan və Rusiyanın diplomatik korpuslarının nümayəndələri, alimlər ictimai və mədəniyyət xadimləri iştirak edəcəklər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət