Azərbaycanın İsraildən aldığı hərbi texnikanın İrana qarşı istifadə edilməsi ehtimalı son dərəcə azdır. Bu günlərdə Azərbaycan-İsrail arasında hərbi müqavilə barədə məlumat yayan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunda (SIPRI) belə hesab edirlər.
“Azərbaycanın İsraildən aldığı silah İran üçün birbaşa təhlükə deyil, o mənada ki, Azərbaycanın İrana hücüm edəcəyi az ehtimal olunandır”, - deyə SIPRI ekspertlərindən biri “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Hər halda, bu hərbi saziş Azərbaycan və İsrailin yaxşı münasibətlərə malik olması haqqında güclü siqnaldır. Bu, İsrail üçün strateji əhəmiyyət kəsb edir və təəccüblü deyil ki, ABŞ və ya İsrailə dost olan və müasir hərbi potensiala malik ölkələrin əhatəsində olan İrandan gələn təhlükə ehtimalını gücləndirir”, - deyə o vurğulayıb.
Bununla yanaşı, SIPRI nümayəndəsi qeyd edib ki, Stokholm İnstitutu tərəfindən yayılan Azərbaycanın İsraildən $1.6 mlrd. məbləğində hərbi texnika aldığı barədə məlumat, təchiz edilən silahın çeşidi barədə məlumat kimi dəqiq deyil. “Tamamilə mümkündür ki, sazişə digər silah növləri də daxildir”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan və İsrail, məsələn, İsrail şirkətləri tərəfindən T-72 tanklarının müasirləşdirilməsi kimi digər əhəmiyyətli layihələr reallaşdırır. “Bundan başqa, hər şey ona işarə edir ki, Azərbaycan yaxın illərdə əhəmiyyətli hərbi texnika almağı planlaşdırır”, - deyə o bəyan edib.
SİPRİ-nin yaydığı hesabata görə, Azərbaycan 2011-ci ilin sonu – 2012-ci ilin əvvəlində imzaladığı $1,6 mlrd. məbləğində müqavilə çərçivəsində İsraildən hərbi texnika alıb. Məsələn, gəmilərə qarşı “Gabriel-5” qanadlı raketləri, “Heron” və “Searcher” tipli pilotsuz uçan aparatlar, “Barak” tipli hava hücumundan müdafiə sistemi və bunun üçün 75 ədəd raket, həmçinin EL/M-2080 “Green Pine” radarı alıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət