“Baltika-Bakı” pivə şirkəti 2012-ci ildə istehsal həcmini 3,68 mln. dekalitrə qədər çatdırmağı planlaşdırır. Bu barədə şirkətinin baş direktoru Adam Tlexuray cümə günü mətbuat konfransında bəyan edib.
“Ötən il istehsal həcmi 3,2 mln.dal təşkil edib. Biz bu rəqəmi 15% - 3,68 mln. dal qədər artırmağı planlaşdırırıq, çünki, “Eurovision-2012”-nin rəsmi tərəfdaşı olduq və ölkəmizin qonaqları məhz bizim pivəmizi içəcəklər”, - deyə A.Tlexuray bildirib.
O həmçinin vurğulayıb ki, 2011-ci ildə istehsal həcmini müsbət adlandırmaq olar, çünki il ötənlərə nisbətən soyuq olub. Ümumilikdə, rəqəmlər üzrə bazar artmayıb, ancaq biz əvvəlki kimi, liderik”, - deyə baş direktor əlavə edib.
Onun sözlərinə görə, ötən il 1,5 mln. dal “Xirdalan” pivəsi satılıb.
Şirkətin rəhbəri bildirib ki, 2011-ci ildə dövlət büdcəsinə şirkətin vergi köçürmələri 13 mln. manat təşkil edib, bu isə 2010-cu il ərzində göstəricidən 18,2% çoxdur.
“Baltika” 2008-ci il mayın 15-də Bakıda Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) şirkəti ilə “Baku Castel” pivə zavodunun alınmasına dair müqavilə imzalayıb. “Baltika” 98%-dən çox səhmin sahibi olub. Zavodun alınması üzrə əqdin tam bağlanması 2008-ci ilin avqustunda başa çatıb.
“Baku Castel” zavodu 2000-ci ildə açılıb. Zavodun gücü ildə 6 mln. dekalitr pivədir və onun 10 mln. dala kimi artırılması nəzərdə tutulur.
“Baltika” şirkəti Rusiyanın 9 regionunda 11 pivə zavodunu birləşdirir. Şirkətin əsas sahibi Baltic Beverages Holding (nizamnamə kapitalının 85,6%-nə malikdir) şirkətidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət