300 minə yaxın azərbaycanlı Ermənistandan, 700 mindən artıq isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub, ölkənin torpaqlarının 20%-i Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda keçirilən Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində çıxışında bəyan edib.
Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunmuş, məscidlər və qəbiristanlıqlar dağıdılmış və bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapmışdır. Ermənilər Xocalıda aralarında qadın və uşaqların da olduğu 613 dinc azərbaycanlını qətlə yetirmişlər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Bu barədə Prezident qeyd edib.
Bundan başqa dövlət başçısı parlamentdə çıxışı zamanı Azərbaycanda çoxmillətli cəmiyyətin mövcud olduğunu və ölkəmizdə heç vaxt dini və etnik zəmində münaqişənin baş vermədiyini vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünya ölkələrinin mühüm tərəfdaşı kimi çıxış edir.
“Biz müxtəlif neft-qaz dəhlizləri yaratmaqla Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə birləşdirdik və bu infrastrukturdan qonşuların istifadəsi üçün imkanlar yaratdıq. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşa çevrilib”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz dünya arenasında güclü dəstəyə nail olub. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən səsvermədə 155 ölkənin dəstəyini alması bunu sübüt edir.
Bundasn başqa, İ.Əliyev bildirib ki, Son 8 ildə iqtisadiyyat 8 dəfə, ümumi daxili məhsul 300% artıb, yoxsulluğun səviyyəsi azalıb, ölkədə 1 milyondan çox yeni iş yeri açılıb. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir, ölkədə mindən artıq məktəb, çoxlu sayda tibb ocağı, olimpiya idman kompleksləri tikilib.
Bakıda keçirilən Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasında 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.
Avronest PA-nın birinci sessiyası 2011-ci ildə Strasburqda keçirilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət