Rusiyanın XİN rəhbəri Sergey Lavrov Azərbaycanın və Ermənistanın qarşılıqlı etimadsızlığını Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəblərindən biri hesab edir.
“Əsas səbəblərdən biri (Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının – İF-Az) - hələlik qarşılıqlı etibarın kifayət edəcək səviyyədə olmaması və digər tərəfin yekun razılıqları yerinə yetirməyəcəyi şübhələridir”, - S.Lavrov çərşənbə günü Bakıda Moskva Dövlət Universitetinin filialının tələbələri qarşısında çıxış edərək bildirib.
“Çox dərin qarşılıqlı etimad (münaqişə tərəfləri arasında – İF-Az) lazımdır. O, tədricən düzülür, lakin sonuna kimi deyil”, - deyə RF-nin XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, bütün vasitəçilər hazırdır və tərəflərin istənilən razılığını beynəlxalq zəmanətlər altına almaq üçün artıq həll edilən məsələdir.
RF-nin XİN rəhbəri qeyd edib ki, digər tərəfdən, başqa münaqişələrdən fərqli olaraq, beynəlxalq cəmiyyətdə Dağlıq Qarabağ üzrə fikir ayrılığı yoxdur.
“Dünyada mövcud olan heç bir digər münaqişə üzrə dünya cəmiyyətinin bu cür birliyi yoxdur. Bu unikal vəziyyətdir və ondan istifadə etmək lazımdır. Lakin əsas qərarı münaqişə tərəfləri özlərini qəbul etməlidir”, - deyə S.Lavrov bildirib.
Nazir vurğulayıb ki, münaqişəni məhz əsrlər boyunca birlikdə yaşayan insanlar həll etməlidir. Vasitəçilər isə, Rusiya daxil olmaqla, yalnız sözdə deyil, həm də işdə onlara yardım etməyə çalışırlar.
“Bunun nəticəsi olaraq, iki ölkə rəhbərliyi arasında daha çox etimad yaranıb”, - deyə o qeyd edib.
“Xeyirxah qonşularımız arasında münaqişə nəticəsində yaranan və böyük sayda insan tələfatına səbəb olan vəziyyət bizi çox narahat edir”, - deyə S.Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya, ATƏT-in Minsk qrupunun həmsədri kimi öz rolundan başqa, son 2-3 ildə öz təkliflərini irəli sürüb. Xüsusilə, şəxsən prezident Dmitri Medvedev Azərbaycan və Ermənistan rəhbərlərinə hələ razılaşdırılmayan məsələlərin müzakirəsinə başlamamağı təklif edib.
“Bu zaman ərzində bu məsələlərin sayı mühüm dərəcədə azalıb, iki-üç ən çətin məqam qalıb”, - deyə diplomat qeyd edib ki, Rusiya bu işi davam etdirəcək.
Rusiya XİN rəhbəri həmçinin, münaqişənin hərbi yolu ilə həllinin yolverilməz olduğunu bəyan edib. “Hesab edirəm ki, bu faciə olardı. Postsovet məkanında müharibələr kifayət qədər baş verib”, - deyə S.Lavrov bildirib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət