Azərbaycanlı iş adamları Çeçenistan iqtisadiyyatının bir sıra sektorlarına investisiya qoymaqda maraqlıdırlar.Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çərşənbə günü jurnalistlərə bildirib.
“Biz Çeçenistanda investisiya layihələrinin reallaşmasında maraqlıyıq, lakin seçim hüququnu iş adamlarının ixtiyarına buraxırıq. Azərbaycan –Çeçenistan biznes- forumunda onlar özlərinə maraqlı olan sahələri müəyyən edə bilərlər” - deyə N.Səfərov söyləyib.
Onun fikrincə, informasiya kommunikasiya texnologiyaları (İKT) , kənd təsərrüfatı, tikinti və s. kimi sahələrdə fəaliyyət göstərmək sahibkarların başlıca məqsədi olacaq.
N.Səfərov əlavə edib ki, Azərbaycan və Rusiya Federasiyası(RF) arasında ticarət əlaqələri sürətlə inkişaf edir.”RF Azərbaycanın strateji tərəfdaşıdır.Biz bu səfərdən çox şey gözləyirik və o ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.- deyə nazir müavini qeyd edib.
“Azərbaycan investisiya ixracatçısıdır və azərbaycanlı iş adamları üçün geniş imkanlar açılır”, deyə N.Səfərov bildirib.
Çeçenistan respublikasının baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin bildirdiyi kimi çeçenistanlı iş adamları xüsusilə İKT, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələrinə investisiyaların çəlb edilməsində maraqlıdırlar. ”Çeçenistan bazarı hələ mənimsənilməyib və azərbaycanlı iş adamları üçün böyük potensial var. Biz real sektorda azərbaycanlı iş adamları arsında tərəfdaşlar axtarırıq”,- deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, iş adamlarının Çeçenistanda uğurlu fəaliyyəti üçün bütün şərait yaradılb.
“Hər bir investor üçün Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov zəmanət verir . Onun sözü ilə işi birdir “,- deyə nazir müavini vurğulayıb.
Azpromo-nun prezidenti Adil Məmmədov hər iki tərəfin sahibkarlarını tərəfdaşlıq münasibətlərinin yaradılmasında fəal iştirak etməyə çağırıb.
Azərbaycan – Çeçenistan biznes –forumunda hər iki tərəfin dövlət strukturlarının nümayəndələri və 50 – yə yaxın iş adamı iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət