SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) çərşənbə günü Bibiheybətdə Müasir İstedadlar Məktəbinin təməlqoyma mərasimini keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Təməlqoyma mərasimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilib.
Şirkət rəhbəri çəxəşənda qeyd edib ki, məktəb ingilis məktəbləri tipində inşa olunacaq və 1200 şagird üçün nəzərdə tutulur. Müəssisədə məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək.
Məktəbəqədər təhsil bölməsinə 3 yaş qrupunda 75-100 nəfər uşağın artıq bu ildən qəbulu nəzərdə tutulur. Tələbatın artacağı təqdirdə 4 və 5 yaşlı uşaqların 2012-ci ilin sentyabrında və ya 2013-cü ilin yanvarında məktəbə qəbulu həyata keçiriləcək.
Kiçik siniflərin şagirdləri üçün məktəbdə 32 sinif otağı, böyük siniflərin şagirdləri üçün – 37 otaq tikiləcək. Hər otağın sahəsi 45 kv. metr təşkil edəcək. Həmçinin məktəbdə 100 nəfər üşün nəzərdə tutulan kitabxana, 600 nəfərlik akt zalı, yığıncaqlar üçün otaqlar, müəllimlər üçün otaqlar, laboratoriyalar, idman zalları, hovuz, futbol və basketbol meydançaları, bir neçə mətbəx və ilkin və orta maarifləndirmə bölmələrinin şagirdləri üçün 250-300 nəfərlik yemək otaqları fəaliyyət göstərəcək. Bundan başqa, 120 nəfərlik yataqxana, inzibati otaqlar, tibb məntəqələri, kompyuter otaqları və s. tikiləcək.
Uşaq bağçaları və məktəbə qədər təhsil bölmələrində məşğələlər cari ilin sentyabrında, ilkin və orta təhsil alan uşaqlar üçün – 2013-cü ilin sentyabrında başlanacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət