Sahibkarliğa Kömək Milli Fondu (SKMF) 2009-2011-ci illərdə müasir texnologiyalardan istifadə etməklə Aqrar Sənaye Kompleksi (ASK) sektorunda investisiya layihələrinin kreditləşməsinə 223,4 mln. manat vəsait ayırıb. Fondun icraçı direktoru Şirzad Abdullayev belə bildirib.
“3 illik dövr ərzində SKMF 143 belə layihəni maliyyələşdirib.Maliyyələşdirilən layihələrin ümumi dəyəri 493,5 mln manat təşkil edir”,- deyə Ş .Abdullayev cümə axşamı rəsmi mətbuatda dərc edilən məqalədə qeyd edib.
SKMF 2009-2011-ci illərdə ümumi tutumu 117,8 min ton olan 34 anbar kompleksinin tikintisinə - 67,4 mln.manat, ümumi tutumu 285 min ton olan 19 taxıl anbarının tikintisinə- 23,9 mln.manat ,6 iri heyvandarlıq kompleksinin tikintisinə- 15,6 mln. manat, 18 istixana təsərrüfatının tikintisinə -27,4 mln. manat, 9 intensiv bağçılıq, toxumçuluq, ting yetişdirmə təsərrüfatına - 6,1 mln. manat kredit ayırıb.
Bundan başqa, bu dövr ərzində fond ümumi sahəsi 195 hektar olan 4 üzümçülük təsərrüfatının kreditləşməsinə- 3,1 mln. manat, illik gücü 57,4 min ton olan 9 meyvə tərəvəz emalı müəssisəsinə -17,4 mln. manat, ümumi gücü ildə 126 min ton olan 7 süd emalı müəssisəsinə - 8,3 mln. manat, illik gücü ət kəsimi üzrə 26,2 min ton , və ət emalı üzrə 10 min ton olan 4 ət emalı müəssisəsinə - 5,8 mln. manat vəsait ayırıb.
2009-2011-ci illərdə SKMF quru meyvə istehsalı üzrə illik gücü 1,2 min tona bərabər olan 3 müəssisənin tikintisinə -2,2 mln. manat, göbələk istehsalı üzrə illik gücü 1,2 min ton olan müəssiəsnin tikintisinə 1 mln. manat vəsait ayırıb.Qalan vəsait digər layihələrə yönəldilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət