Rusiya-Azərbaycan münasibətlərində əməkdaşlıq potensialı heç də tükənməyib. Bu barədə Bakı Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşündə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
“Söhbət iqtisadiyyatın müxtəlif sahələrində kooperasiya, birgə müəssisələrin yaradılması, Azərbaycanın müəssisəvə obyektlərinin yenidənqurulması, müasirləşdirilməsi və istifadəyə verilməsində Rusiya kapitalının iştirakı, həmçinin energetika, maşınqayırma və digər sahələrdə əməkdaşlıq haqqında gedə bilər”, - deyə V.Matviyenko bildirib.
Onun sözlərinə görə, regionlar ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Rusiya tərəfindən bu fəaliyyətdə 83 mövcud regiondan 71-i iştirak edir.
“Azərbaycanın Rusiyada ən böyük iqtisadi tərəfdaşı - Dağıstandır. Bu aydındır – ən yaxın qonşular, çox əsirlik ənənələr, sıx hərtərəfli əlaqələr mövcuddur”, - deyə Federasiya Şurasının sədri qeyd edib.
O həmçinin bəyan edib ki, rus dili Azərbaycan və Rusiyanın vacib əlaqəsidir. Bu dilə maraq daha da artır. “Biz Azərbaycan rəhbərliyinə, respublika xalqına ölkədə rus dilinin tədrisi, irəliləməsi üçün çox işlər gördüyünə görə minnətdarıq. Rus dilində təhsil verən məktəblərin sayı artır”, - deyə V. Matviyenko bildirib.
“Bütün bunları onun üçün deyirəm ki, bizi bir çox şeyin bağladığını dərk edək. Bizim ümumi tariximiz var və o mədəni, mənəvi miras, iqtisadi, siyasi və humanitar əlaqələr qoyub, onları kəsmək böyük səhv olardı. Biz bu səhvdən xilas olduq”, - deyə V.Matviyenko bildirib.
V.Matviyenko həmçinin, postsovet məkanında inteqrasiya proseslərinin sürətləndiyini qeyd edib. “Bu siyasi qərarların nəticəsi deyil, zamanın obyektiv hökmüdür. Bu dünya trendidir, hər ölkə ayrılıqda rəqabətə davamlı, nüfuzlu dünya oyunçusu ola bilməz”, - deyə o bildirib.
Federasiya Şurasının sədri qeyd edib ki, yalnız səyləri birləşdirərək dünyada güclü və nüfuzlu olmaq mümkündür. “Azad ticarət zonası haqqında müqavilə, Gömrük Şurası və Vahid İqtisadi Məkan bütün maraqlanan dövlətlər üçün açıqdır”, - deyə V.Matviyenko bəyan edib.
Rusiya Federasiyası Şurasının sədri həmçinin hər iki ölkənin ali məktəbləri arasında fəal və məhsuldar əməkdaşlığı qeyd edib. “Biz bu istiqamətdə səylərimizi əsirgəməməliyik, çünki bu ümumilikdə Rusiya-Azərbaycan münasibətləri atmosferinə müsbət təsir göstərir”, - deyə o bildirib.
Bununla əlaqədar sədr vurğulayıb ki, hazırda Rusiya ali məktəblərində təxminən 6 min Azərbaycan vətəndaşı, həmçinin, təxminən 1,5 min nəfər – Rusiya federal büdcənin vəsaiti hesabına təhsil alır. Azərbaycanda 15 min tələbə rus dilində təhsil alır.
“Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Rusiya Elm və Mədəniyyət Mərkəzi, həmçinin Rus Kitab Evi açılıB. Bu isə, sözsüz, mədəni və humanitar əlaqələrimizi möhkəmləndirməyə yardım edir”, - deyə o bildirib.
BDU-nun rektoru Abel Məhərrəmov V.Matviyenkonu universitetin Fəxri doktoru diplomu ilə təltif edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət