Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb.
Çərşənbə günü palament komitəsinin keçirdiyi iclasdan “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər siyasi partiyaların seçkilər zamanı yığdığları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, maliyyə vəsaitin ümumi hcmindən 10%-i irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3%-ni qazanan, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür. Büdcə vəsaitin 40%-i MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Qalan maliyyə vəsaitin 50%-i isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölünəcək.
Dəyişikliklərə əsasən, siyasi partiyaların aşağıdakılar tərəfindən maliyyələşdirilməsi o cümlədən ianələr qəbul etməsi qadağandır: dövlət orqanları və digər dövlət qurumları, bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər, fondlar, dini qurumlar və hüquqi şəxslər.
Siyasi partiyalar öz tərəflərindən alınan ianələr və onu edən şəxslər barədə məlumatı maliyyə hesabatına daxil etməlidirlər.
Dəyişikliklərə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbuatda dərc etdirməlidir.
Siyasi partiya yaratma üçün partiya ən azı 5000 imza toplamalıdır. Bundan başqa, dəyişikliklərə əsasən, siyasi partiyanın müvafiq icra hakimiyyəti orqanlarına proqramın və gələcəkdə burada edilən dəyişikiliklərin təqdim edilməsi nəzərdə tutulur.
Qanunvericilikdə dəyişikliklər həmçinin, siyasi partiyalar qarşısında müəyyən vəzifələr qoyur. Belə ki, siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar.
Düzəlişlərdə göstərilir ki, Azərbaycanın tam iş bacarığı olan, yetkinlik yaşına çatan,partiya nizamnaməsini və proqramını qəbul edən şəxslər partiya üzvü ola bilərlər.
Qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət