Azərbaycan inkişafı hesabına işğal edilən torpaqlar üzərində suverenliyinin bərpası gününü daha da yaxınlaşdırır. Bu barədə ölkənin Prezidenti İlham Əliyev bəyan edir.
“Hər gün biz qələbə gününü yaxınlaşdırırıq, bu gün gələcək və Azərbaycan bayrağı Xankəndi və Şuşada dalğalanacaq”, - deyə İ.Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən geniş tərkibli iclasda bildirib.
Prezidentin sözlərinə görə, “hər gün Ermənistan daha çox tənəzzülə uğrayır, Azərbaycan isə daha çox güclənir”. Dövlət başçısı vurğulayıb ki, həmçinin Azərbaycanda güclü hərbi-sənaye kompleksi yaradılır, ordunun gücü artır. “Azərbaycanın güclü ordusu var, Silahlı Qüvvələr bütövlükdə bu gün istənilən vəzifəni yerinə yetirmək, ölkənin bütün maraqlarını təmin etmək, Dağlıq Qarabağ və işğal edilən digər torpaqlar üzərində Azərbaycanın suverenliyini bərpa etməyə hazırdır. Sadəcə olaraq, biz bunu qan tökmdən, sülh yolu, danışıqlar hesabına etmək istəyirik”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı həmçşinin bəyan edib ki, Azərbaycanın dünya arenasında mövqeləri daha da güclənib. O xatırladıb ki, respublika bu ilin may ayında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu strukturda sədrlik edəcək. İ.Əliyev o cümlədən qeyd edib ki, 2012-ci ilin birinci rübündə Azərbaycan Davos İqtisadi Forumunda, Münhen Təhlükəsizlik Konfransında və Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində təmsil olunub. Bundan başqa, dövlət başçısı apreldə Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasının vacibliyini qeyd edib. “Ölkəmiz, dünya cəmiyyətinin qiymətli tərkib hissəsi kimi bundan sonra da öz sözünü deyəcək. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz əməkdaşlığın güclənməsinə yönəlib, o açıq, şəffaf və birmənalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət