Azərbaycanda 2012-ci ilin I rübündə ticarət və xidmət obyektlərində 7 846 pos-terminal quraşdırılıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 9,4 dəfə çoxdur. Bu barədə Vergilər nazirliyinin, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi Natiq Şirinov məlumat verib.
“Cari ilin birinci rübündə ticarət və xidmət obyektlərində pos-terminalların quraşdırılması üzrə fəal iş aparılıb. Bu nağdsız hesablar sisteminin inkişafı üçün edilir. Xüsusilə, 2012-ci ilin I rübündə ötən ilin birinci rübündə 840 pos-terminala qarşı 7 846 pos-terminal quraşdırılıb”, - deyə N.Şirinov çərşənbə günü “Azərbaycanda vergiqoyma: yeni vergi mədəniyyəti naminə” vergi konfransında çıxışında bildirib.
Onun sözlərinə görə, 2012 ilin yanvar-mart aylarında regionlarda ticarət və xidmət obyektlərində 2011-ci ilin I rübündə 51 terminala qarşı 251 pos-terminal (artım 4,6 dəfə) quraşdırılıb.
N.Şirinov vurğulayıb ki, hazırda Bakıda 18 min ticarətin və xidmət obyektində pos-terminallar quraşdırılıb, bu isə onlar qurulacağı obyektlərin ümumi sayının 72%-ni təşkil edir.
İdarə rəisi əlavə edib ki, Vergilər Nazirliyi nağdsız hesabların inkişafına yönəldilən təkliflər paketi hazırlayıb. Xüsusilə, Vergilər Nazirliyi müəyyən limit təklif edir, bundan artıq məbləğdə sazişlər icbari surətdə nağdsız formada həyata keçirilməlidir. Bundan başqa, təqvim ayı ərzində nağd əməliyyatların həcminə görə müəyyən limit təyin etmək təklif edilir. “Bu təkliflər hazırda hökumətdə müzakirə edilən Vergi Məcəlləsində düzəlişlər layihəsində göstərilib. Bu limitlər barədə daha konkret olaraq hökumətin layihəni təsdiq etdiyi zaman danışmaq mümkün olacaq”, - deyə o qeyd edib.
N.Şirinov vurğulayıb ki, Vergilər Nazirliyi hazırda elektron ticarətin vergiqoyma məsələsində xarici ölkələrin təcrübəsini öyrənir. “Bu məqsədlə biz IOTA-ya (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) rəsmi sorğu göndərdik. İstisna edilmir ki, artıq bu il vergi qanunvericiliyinə müvafiq dəyişikliklər ediləcək”, - deyə idarə rəisi əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət