Bakı sakinlərinin çoxu əmindir ki, Azərbaycan bir ay sonra keçiriləcək “Eurovision” müsabiqəsini layiqincə keçirəcək. ”Rəy” Monitorinq Mərkəzinin bakılılar arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
Sorğu iştirakçılarının 81%-i belə hesab edir ki, hər şey deyilən müddətdə hazır olacaq və Azərbaycan “Eurovision -2012 ” müsabiqəsini müvəffəqiyyətlə həyata keçirəcək. 52 % - “hə, əlbəttə”, 29 % - “ehtimal ki, hə” cavabı verib, 11 % - cavab verməyə çətinlik çəkib.
Yeri gəlmişkən, bakılıların Avropa miqyasında keçirilən mahnı bayramına marağı kəskin artıb: Keçən il 15-16 mayda (Almaniyada keçirilən müsabiqədən dərhal sonra) keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə 59 % sorğu iştirakçıları konsertləri izləyib. İndi isə sorğu iştirakçılarının 80 %-i “Eurovision - 2012” müsabiqəsinə tamaşa etmək istəyini bildirib. Bunlardan 8 % - “konsert zalında olmaq, baş verənləri yaxından görmək ”, 68 % - konsertə TV vasitəsi ilə tamaşa etmək istəyir , 6 % - isə bu hadisəni qaçırmamaq istəsədə, bunun alınıb - alınmayacağına əmin deyil. Qalan 18 % müxtəlif səbəblərdən məqsədyönlü şəkilkdə müsabiqəni izləyəcəyinə əmin deyil .4% - belə hadisələrin həvəskarı deyil, 7% - qərar verməyib, 7% - ümumiyyətlə bunlara etinasız yanaşır.
Ehtimal edildiyi kimi, müsabiqəyə ən çox 18- 24 yaşlı gənclər arasında (78%) ,ən az 60 yaşlı bakılıar arasında (6%) maraq qeydə alınıb. Keçən ilki sorğu zamanı da analoji göstəricilər qeyd edilib.
Ermənistan nümayəndə heyətinin Bakıya gəlməkdən və “ “Eurovision - 2012” müsabiqəsində iştirak etməkdən imtina etməsi barədə sorğunun cavabları da gözlənilən olub.
Sorğu iştirakçılarının mütləq əksəriyyəti (87%) bu qərara etinasız yanaşıb, onlarda heç bir emosiya yaranmayıb 2% bunu müsbət, 2 % mənfi qarşılayıb.9 % cavab verməyə çətinlik çəkib.
İctimai rəy sorğusu aprelin 9-10-da aparılıb. Yaşı 18-dən yuxarı olan təxminən 900 nəfər sorğuda iştirak edib.
Sorğuda 3,4% xəta ehtimalı var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət