Milli Təhlükəsizlik Nazirliyi (MTN) respublika ərazisində ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşməni zərərsizləşdirib.
Məlumata əsasən, müəyyən edilib ki, zərərsizləşdirilən silahlı birləşmənin bəzi üzvlərinin “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə əlaqələri olub və İran ərazisində hərbi-dini təlimlər keçiblər. Birləşmənin üzvləri nazirliyin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.
Müəyyən edilib ki, Azərbaycan vətəndaşı Vüqar Padarov silahlı birləşməni yaradıb, onun üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatla təchiz edib.
Birləşmənin bəzi üzvləri “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatının nümayəndələrinin köməkliyi ilə Suriyada cihadda iştiraka hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçiblər. Sonra silahlı birləşmənin üzvlərinin bir hissəsi Pakistanın Vəziristan əyalətinə gəliblər. Onlar “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatına daxil olan “İslami-cihad” terrorçu qrupunun tərkibində bir neçə ay ərzində hərbi-dini təlimlər keçərək müxtəlif növ atıcı silahlardan, artilleriya, raket və minomyotlardan atəş açmaq, partlayıcı qurğular hazırlamaq və minalar quraşdırmaq vərdişlərini mənimsəyiblər.
Bundan sonra, həmin şəxslər “İslami-cihad” terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.
Dəstənin digər bir qrupu İranda atəş və fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və digər istiqamətlər üzrə iki ay xüsusi təlim keçiblər.
Silahlı birləşmənin fəal üzvü “Maqa” ləqəbli Elmir Nurəliyev hələ 2010-cu ilin avqust ayında Dağıstana gedərək “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan “əmir” Əbu-Hureyranın, “Dağıstan cəbhəsinin əmirləri” “Həsən” ləqəbli İsrapil Velicanovun və “Saleh” ləqəbli İbrahimxəlil Daudovun dəstələrində Dağıstan ərazisində terrorçuluq aksiyalarının və digər cinayətkar əməllərin törədilməsində iştirak edib.
Elmir Nurəliyev Dağıstanda Vüqar Padarov ilə tanış olub. Vüqar Padarov Elmir Nurəliyevə Azərbaycanda da cihad aparılmasını təklif edib. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin və başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması nəzərdə tutulub. Yaradılacaq yeni silahlı birləşməyə İbrahimxəlil Daudov Vüqar Padarovu “əmir” təyin edib. 2011-ci ilin iyul ayında Vüqar Padarov və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında keçirilən irimiqyaslı xüsusi əməliyyatlar nəticəsində qruplaşmanın 19 nəfəri zərərsizləşdirilib. Xəbər verildiyi kimi, dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərkisilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən V.Padarov məhv edilib. Dəstə üzvlərində silah, döyüş sursatı, rabitə avadanlığı və s. aşkar edilərək götürülüb.
MTN-in İstintaq Baş İdarəsi dəstənin üzvləri barəsində istintaq hərəkətlərini və əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət