SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycanın 6 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan “Göyçay-2”, “Ucar”, “Zərdab” və “Lək” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılıb”, - deyə şirkətdən qeyd edilib.
Təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayonun Rəstəcə, Gəraybəyli və Qarabörk kəndlərinə, Göyçay şəhərinin bir hissəsinə, eləcə də Zərdab rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
Cümə günü təmir işləri ilə əlaqədar olaraq saat 09:00-dan 18:00-dək “Köçəsgər” və “Yaşma” Qazpaylayıcı Stansiyalarından, həmçinin “Hacıqabul-2” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri müddətində Ağstafa rayonun Eynallı, Həsənsu, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göyçəli, Köçəsgər kəndlərinə, S.Vurğun qəsəbəsinə, Xızı rayonunun Köhnə Yaşma kəndinə və Hacıqabul şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Məlumata görə, “Azəriqaz” İB tərəfindən cümə axşamı Beyləqan rayonunun Eyvazalılar kəndinə ilk dəfə təbii qaz verilib. 403 abonenti olan Eyvazalılar kəndinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 37,683 km polietilen boru ilə daşıyıcı və küçə xətləri inşa edilib, 403 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2013-cü ilədək Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət