Milli Məclis “Siyasi partiyalar haqqında”qanuna partiyaların dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutan dəyişiklik və əlavələri qəbul edib
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
düzəlişləri parlamentarilərə təqdim edib və bildirib ki, partiyaların maliyyələşməsi seçkilər zamanı onların topladıqları səslərdən və deputat mandatlarının sayından asılı olacaq.
Dəyişikliklərə əsasən, maliyyə vəsaitinin ümumi məbləğinin 10 % -i seçkilərdə az səs toplamış, irəli sürdüyü namizədlər seçkilərdə etibarlı səslərin azı 3 % qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bölünəcək. Büdcə vəsaitinin 40 % -i ölkə parlamentində təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaq. Qalan maliyyə vəsaitinin 50 %-i isə Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında deputatların sayına uyğun olaraq bölüşdürüləcək..
Dəyişikliyə əsasən, siyasi partiyaların ayrı-ayrı dövlət, bələdiyyə orqanları, xarici dövlət və xarici hüquqi şəxs, əcnəbi və vətəndaşlığı olmayan şəxs, yetkinlik yaşına çatmayan, hərbi hissə, ictimai birlik, fond, dini qurum və hüquqi şəxs tərəfindən maliyyələşdirilməsi, ianələr qəbul etməsi qadağandır.
Siyasi partiyalar aldıqları ianənin məbləği və onları kimdən aldıqları barədə məlumat verməli , bunları illik maliyyə hesabatlarına daxil etməlidirlər . Dəyişikliyə müvafiq olaraq , siyasi partiyalar illik malyyə hesabatlarını auditor rəyi ilə birgə kütləvi informasiya vasitələrində dərc etdirməlidirlər.
Dəyişikliyə əsasən, siyasi partiya yaratmaq üçün isə ən azı 5000 imza toplanmalıdır
Bundan başqa, dəyişikliklər siyasi partiyaların müvafiq icra hakimiyyəti orqanına proqram və onda ediləcək dəyişikliklər barədə məlumat verilməsini nəzərdə tutur.Qanunda edilən dəyişikliklər suyasi partiyalar qarşısında bir sıra vəzifələr qoyur.Belə ki siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar.
Dəyişikliklərdə göstərilir ki, partiyanın nizamnamə və proqramını qəbul edən, yetkinlik yaşına çatmış və tam hüquq səlahiyyəti olan Azərbaycan vətəndaşları partiyaların üzvü ola bilərlər.
“Siasi partiyalar haqqında”qüvvədə olan qanun 1992-ci ildə qəbul edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət