Bakı və Qüds qarşılıqlı dəstəyə ehtiyac duyur. Bu barədə Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Yevda Abramov bəyan edib.
"Azərbaycan və İsrail qarşılıqlı dəstəyə ehtiyac duyur və buna görə də danışıqların gündəliyinə daxil olan bütün məsələlər qarşılıqlı maraq doğurur", - deyə Y.Abramov İsrailin xarici işlər naziri Aviqdor Libermanın bazar ertəsi Bakıya rəsmi səfərini "İnterfaks-Azərbaycan" agentliyinə şərh edərkən bildirib.
Deputat hesab edir ki, A.Libermananın Azərbaycana indiki səfəri xüsusi xarakter daşıyır və hər iki tərəfin regional xarakterli bir sıra məsələlərin müzakirəsində maraqlı olduğunu göstərir. "Azərbaycan-İsrail danışıqlarının gündəliyində çoxsaylı mühüm məsələlərin olması onu göstəririr ki, bundan sonra iki ölkənin yüksək vəzifəli məmurlarının qarşılıqlı səfərləri davam etdiriləcək", - deyə o vurğulayıb.
Bununla yanaşı, Y.Abramov bir fakta da diqqət yönəldib ki, A.Libermanın səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin tamam olduğu dövrə təsadüf edir. "İsrail Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk dövlətlərdən biridir", - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət