2012-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2011-ci ilin analoji dövrü ilə müqayisədə 18,9% artıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-mart aylarında mədənçıxarma sahəsində neft və təbii qazın istehsalçı qiymətləri 22%, qum, çınqıl, duz və digər məhsulların istehsalçı qiymətləri 11,1% bahalaşıb.
Hesabat dövründə emal sənayesində qiymətlər 2011-ci ilin I rübünün göstəricisi ilə müqayisədə 4,6% artıb.
Bundan başqa, içki istehsalında 1,3%, toxuculuq sənayesi məhsullarının istehsalında 13,3%, geyim istehsalında 7,9%, dəri və dəri məmulatları, ayaqqabı istehsalında 1,3%, ağac emalı sənayesində və taxta məmulatların istehsalında 0,6% qiymət artımı qeydə alınıb.
Poliqrafiya məhsullarının istehsalı 2,1%, neft məhsullarının - 6,3%, kimya məhsullarının - 6,9%, rezin və plastik kütlə məmulatlarının - 1,5%, tikinti materiallarının - 4,1%, metallurgiya məhsullarının - 15,3%, hazır metal məhsulların (maşın və avadanlıqdan başqa) - 5,9%, kompüter və digər elektron avadanlıqların istehsalı 13,5% artıb.
2012-ci ilin yanvar-mart aylarında ərzaq (3,9%), tütün məhsulları (1,4%), kağız və karton (0,4%), əczaçılıq məhsulları (0,2%), elektrik avadanlıqları (0,3%) və mebel (0,2%) istehsalında azalma müşahidə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət