Azərbaycan gəncləri ölkədə islahatların reallaşdırılmasında mühüm rol oynayır. Bu barədə Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bəyan edib.
“İslahatların reallaşdırılmasında gənclər rolu çox əhəmiyyətlidir və o bütün sahələrdə fəaldır”, - deyə F.Ələsgərov cümə günü Bakıda keçirilən Gənc Hüquqşünasların Beynəlxalq Forumunda bildirib.
Prezident Administrasiyasının nümayəndəsi Azərbaycanda hüquqşünas peşəsinin “hər il cavanlaşmağa başladığından” məmnun olduğunu bildirib. “Məsələn, hazırda məhkəmə sisteminin əməkdaşlarının 50%-ni gənclər təşkil edirlər. Prokurorluq və ədliyyə orqanlarında onların sayı təxminən o qədərdir”, - deyə o qeyd edib.
F.Ələsgərovun sözlərinə görə, Azərbaycanda hüquq sahəsində həyata keçirilən islahatlar ölk qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına yönəldilib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev forumda çıxış edərək məlumat verib ki, ölkə əhalisinin 30%-ni təşkil edən gənclər respublikanın həyatının bütün sahələrində fəal iştirak edir. “Azərbaycanın gəncləri 200-dən çox müxtəlif təşkilatda birləşib. Bizm məqsədimiz istedadlı gənclərimizin fikirlərini azad ifadə edə bilməsi, ölkənin sosial, iqtisadi, siyasi həyatında fəal iştirak etməsi üçün hər cür şəraitin yaradılmasıdır”, - deyə İ.Babayev qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öz çıxışında bəyan edib ki, ölkənin əsas məqsədi “Avropa dəyərlərini qəbul etmək və Avropa məkanına inteqrasiyadır”. “İslahatlarımızın reallaşdırılması zamanı Avropa İttifaqına daxil olan ölkələrin qanunvericilikləri nümunə olaraq xidmət edir. “Şərq əməkdaşlığı” proqramında fəal fəaliyyətimiz bizi bu məqsədə döğru daha da irəli aparır”, - deyə A.Hüseynli vurğulayıb.
“ELSA” Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Niuşa Nadeni öz çıxışında keyfiyyətli hüquqi təhsil almaq Azərbaycanda yaradılan şəraitdən məmnunluq ifadə edib. “Biz dünyanın 41 ölkəsində nümayəndəliklərə malikik. Buna görə, mən əminliklə deyə bilərəm ki, sizin gəncləriniz çox fəaldır və onlarla işləmək xoşdur. Azərbaycan gəncləri ölkənin social və siyasi həyatında fəal iştirak edirlər”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət