Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ münaqişə zonasında atəşkəs rejiminin pozulmasında erməni tərəfinin ittihamlarını rədd edir.
“Rəsmi İrəvan beynəlxalq cəmiyyəti müəyyən məqsədli şəkildə yanlış fikrə yönəltməyə çalışır. Reallıq ondan ibarətdir ki, Ermənistan bütün dünya ictimaiyyəti tərəfindən tanınan təcavüzkardır. O, Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və dinc azərbaycanlılar üzərində kütləvi etnik təmizləmələr həyata keçirib”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Daha öncə, cümə günü erməni mətbuatı məlumat verib ki, üç erməni hərbi qulluqçusu Ermənistanın Tavuş vilayətinin sərhəd mövqelərinin Azərbaycan tərəfindən atəşə tutmasının qurbanı olub.
Azərbaycan XİN nümayəndəsinin sözlərinə görə, “İrəvan istənilən üsulla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mane olmağa və özünün ardından işğal edilən əraziləri möhkəmləndirərək status-kvonu qorumağa çalışır”. “Lakin Ermənistanın hazırki rəhbərləri anlamalıdır ki, beynəlxalq ictimaiyyətin tanıdığı suveren dövlətlərin sərhədini güc ilə dəyişdirmək olmaz”, - deyə E.Abdullayev bəyan edib. Bununla yanaşı, o xatırladıb ki, bütün dünya ictimaiyyəti hazırda işğal edilən Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu Azərbaycanın suveren ərazisi kimi tanıyır.
E.Abdullaev bildirib ki, Azərbaycan bu gün artıq 1990-cı illərin əvvəlində olan dövlət deyil. “Azərbaycan bu gün - özünü qorumağı bacaran, ərazi bütövlüyünü və müstəqilliyi bərpa etməyə qadir olan çox güclü dövlətdir. Biz heç zaman işğalla barışmayacağıq, bizim üçün ərazi bütövlüyü müqəddəsdir və biz onun üçün sonuna kimi mübarizə aparacağıq”, - deyə XİN nümayəndəsi vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət