İspaniya, İtaliya və Belçika prlamentləri Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirməyi planlaşdırır. Bu barədə Avronest Parlament Assambleyasinda (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
“İyunda İspaniya, sentyabrda isə İtaliya parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələrin keçirilməsi planlaşdırılır”, - deyə E.Süleymanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Azərbaycan deputatının sözlərinə görə, analoji dinləmələr, Belçika parlamentində artıq aparılıb. "Gözləyirik ki, bu ilin payızında Belçika parlamentində yenidən dinləmələr keçiriləcək, burada bizim tərəfimizdən təqdim edilən Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı sənəd qəbul ediləcək”, - deyə o qeyd edib.
E.Süleymanov həmçinin məlumat verib ki, Azərbaycana ərazisinin bir hissəsinin işğalı nəticəsində vurulan maddi və mənəvi zərərin təyini ilə bağlı kompleks məsələlər tədqiq edilib. Bu materiallar əsasında o “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı dərc ediləcək. “Tərkibinə Azərbaycanın işğal edilən rayonlarının icra hakimiyyəti başçıları daxil olan komissiyanın hesablamalarına əsasən, münaqişə nəticəsində respublikaya $431 mlrd. həcmində zərər vurulub”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, kitab rus, ingilis, italyan, fransız dillərində dərc ediləcək. Bu kitabın nüsxələri Avropa ölkələrinin parlamentlərinə yönəldiləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət