Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar bazarına dair normativ-hüquqi bazanın təkmilləşdirilməsi çərçivəsində sənədlər paketi hazırlayıb. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci ilin I rübü üzrə fəaliyyət hesabatında deyilir.
QKDK “İnvestisiya qiymətli kağızlarının emissiyası”, “Dövlət istiqrazlarının emissiyası” və "Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi" Qaydalarının layihəsini hazırlayıb. Hazırda bu sənədlərin təsdiqi ilə bağlı dövlətdaxili prosedurlar həyata keçirilir”, - deyə QKDK-nın saytında dərc edilmiş hesabatda bildirilir.
Bundan başqa, cari ilin I rübündə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü Fəslinin səhmdar cəmiyyətlərinə dair maddələrinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanun layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması prosesi tamamlanıb.
Həmçinin, “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydaları, “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydalar” qeydiyyata alınıb.
I rübdə QKDK tərəfindən “2012-2013-cü illər üzrə elektron xidmətlərin göstərilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət