Azərbaycan parlamenti beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə Ermənistana təzyiq göstərməyə çağırır. “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin məlumatına görə, bu barədə Milli Məclisin çərşənbə axşamı Dağlıq Qarabağın Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 20 illiyi ilə əlaqədar qəbul edilən və Avropa Parlamentinə, AŞPA və dünya ölkələrinin parlamentlərinə ünvanlanan müraciətində bildirilir.
“Şuşa şəhərinin işğalı Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionunun zəbt edilməsi məqsədi ilə reallaşdırılan hərbi təcavüzün mərhələlərindən biri olub. Dağlıq Qarabağda erməni millətçiləri tərəfindən istifadə edilən etnik təmizləmə siyasəti Şuşa şəhərinin işğalına və yerli sakinlərin qovulmasına səbəb olub”, - deyə Milli Məclisinin vitse-spikeri Bahar Muradova müraciətin mətnindən sitat gətirib.
Milli Məclisin vitse-spikeri arayış məlumatlarını misal gətirərək qeyd edib ki, Şuşanın 1756-cı ildə Azərbaycanın feodal Qarabağ xanlığının başçısı Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulub.
“Çar Rusiyasının Şimali Azərbaycanı işğalından öncə Şuşa Qarabağ xanlığının inzibati mərkəzi olub. Dövlət quruculuğu tarixində, həmçinin Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatında bu şəhər xüsusi rol oynayır”, - deyə B.Muradova bildirib.
Müraciətində bildirilir ki, 1988-ci ildə Ermənistanın başladığı müharibələr nəticəsində həm Dağlıq Qarabağ, həm də onun ətrafında yeddi Azərbaycan rayonu işğal edilib. Nəticədə Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün mövcuddur. 18 mindən artıq azərbaycanlı öldürülüb, 20 mindən çox dinc vətəndaş yaralanıblar, 50 mindən yuxarı şəxs əlil olublar, 4 mindən çox azərbaycanlı erməni əsarətinə düşüblər; 877 şəhər, kənd, yaşayış məntəqələri dağıdılıb, qarət edilib, yandırılıb, tamamilə məhv edilib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı bir neçə soyqırım aktı, həmçinin dinc azərbaycanlılarına qarşı Xocalı soyqırımı törədilib.
Müraciətdə bildirilir ki, münaqişəni həll etmək məqsədi ilə BMT Təhlükəsizlik Şurası 90-cı illərin əvvəllİndə, daha sonra Avropa Ittifaqi, Avropa Şurası və digər beynəlxalq təşkilatlar bir sıra sənədlər qəbul edib. Bu sənədlərdə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğal edilən torpaqların təcili azad olması haqqında tələb ifadə edilib.
“Təəssüf ki, indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq təşkilatların aktlarının müddəalarının icra edilməsi təmin edilməyib, Minsk qrupu üzərinə düşən ümidləri doğrultmayıb. Əgər səbəblərdən biri, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe və Azərbaycanın ərazi bütövlüyünü tanımasından imtina etməsidirsə, digər səbəb ondan ibarətdir ki, Ermənistan işğalçı-ölkə adlandırılmır, bəzi hallarda isə işğala məruz qalan ölkə təcavüzkar dövlət ilə bərabər tutulur”, - deyə Milli Məclisin müraciətində bildirilir.
Bununla əlaqədar, Azərbaycan parlamenti Avropa Parlamentini, AŞPA və bütün ölkələrin parlamentlərini, həmçinin münaqişənin nizamlanmasında maraqlı bütün tərəfləri problemin həlli üçün öz səylərini birləşdirməyə çağırır.
“Biz gözləyirik ki, dünya ictimaiyyəti Cənubi Qafqazda və bütovlükdə Avropada sülh və təhlükəsizliyə təhdid yaradan bu münaqişə ocağını aradan qaldırılmaq məqsədi ilə qətiyyətli mövqeyini nümayiş etdirəcək, Ermənistanı təcavüzkar siyasətdən imtina etməyə, Azərbaycanın ərazi bütövlüyünün bərpa etməyə çağıracaq”, - deyə Milli Məclisin müraciətində qeyd edilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət