Azərbaycan əhalisinin böyük əksəriyyəti müxalifətin “Eurovision-2012” mahnı müsabiqəsindən öz məqsədləri üçün istifadə etmək cəhdlərini mənfi qarşılayır. Bunu “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi ümummilli ictimai rəy sorğusunun nəticələri göstərir.
““Eurovision-2012” ərəfəsində müxalifətin keçirməyə başladığı mitinqlər barədə nəsə eşitmisinizmi, yoxsa ilk dəfə indi eşidirsiniz? əgər eşitmisinizsə, onların şüar və tələbləri ilə tanışsınızmı?” sualına respondentlərin 15,5%-i “Bəli, mitinqlər və orada səslənən tələb və şüarlar barədə eşitmişəm”, 36,6% - “Mitinqlər barədə eşitmişəm, lakin onların konkret nəyə həsr olunduğunu bilmirəm”, 41,1% - “Müxalifətin hansısa etiraz aksiyaları keçirdiyini ilk dəfədir ki, eşidirəm”, 0,8% - “Həmin mitinqlərdə şəxsən iştirak etmişəm” cavabını verib.
“Belə aksiyalara necə yanaşırsınız?” sualına respondentlərin 4,3%-i “dəstəkləyirəm”, 2,3% - “qismən dəstəkləyirəm”, 5,6% - “etinadsız yanaşıram”, 16,8% - “əsasən dəstəkləmirəm”, 64,1% - “dəstəkləmirəm”, 6,9% - “cavab verməkdə çətinlik çəkirəm” deyib.
“Bu mitinqlər sizdə hansi hissləri doğurur?” sualına respondentlərin 41,9%-i “hiddətləndirir, qıcıqlandırır”, 15,5% - “gələcəyimizə görə narahatlıq doğurur”, 2,3% - “ümidləndirir, həvəsləndirir”, 16,8% - “məyus edir, bezdirir”, 1% - “dəstək və həmrəylik hissi oyadır”, 1,3% - “sabaha əminlik yaradır”, 14,4% - “heç bir hiss oyatmır” cavabını verib.
“Müxalifətin mitinqində belə bir şüar səsləndirilib: “Bizə Qarabağ lazımdır, Avroviziya yox!”. Bununla bağlı aşağıdakı fikirlərdən hansı ilə razısınız?” sualına respondentlərin cavabı belə olub: 45,8% - bu, müsabiqəyə qarşı mənfi münasibət yaratmağa yönəlmiş bir təxribatdır, 37,3% - müxalifət hakimiyyətin bütün müsbət işlərinə göz yumur, axı əslində Azərbaycanın bütün uğurları, o cümlədən “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi, elə Qarabağ probleminin həllinə şərait yaradır, 4,5% - bu, müxalifətin təbliğat gedişidir, özü də fərq etməz “təmiz”, yoxsa “çirkli” təbliğat - təki işə yarasın, 5,5% - bu şüarla razıyam, müxaifət haqlıdır, 6,9% - cavab verməkdə çətinlik çəkirəm.
Hesabat 2012-ci il aprelin 24-29-da keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 3,0%-dir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət