2012-ci ilin yanvar-aprel aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dünya bazarlarına 387,316 min ton neft məhsulu ixrac edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 19,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
SOCAR-ın əsas ixrac məhsulları bunlar olub: dizel yanacağı – 326,393 min ton, avtomobil benzini – 24,65 min ton, təyyarə yanacağı – 36,273 min ton.
Cari ilin aprel ayında SOCAR 93,199 min ton neft məhsulu, o cümlədən 5,476 min ton avtomobil benzini, 82,222 min ton dizel yanacağı, 5,501 min ton təyyarə yanacağı ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft emalı zavodu (BNZ) fəaliyyət göstərir. Onların ümumi neft emalı gücü ildə 22 mln. ton təşkil edir. Hər iki müəssisə SOCAR-ın strukturuna daxildir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət