Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta seksiyasında hərracların həcmi 2012-ci ilin yanvar-aprel aylarında 228,553 mln. manat təşkil edib. Bu barədə BBVB-nin analitik-informasiya şöbəsinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2011-ci ilin yanvar-aprel aylarında BBVB-nin valyuta seksiyasında hərracların həcmi 388,395 mln. manat təşkil edib. Beləliklə, 2012-ci ilin yanvar-aprel aylarında hərracların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 41,2% azalıb.
Birjanın məlumatına əsasən, 2012-ci ilin aprel ayında Birja Elektron Ticarət Sistemində (BEST) 42 ticarət sessiyası keçirilib ki, burada 12 bank iştirak edib. Qeydə alınan əqdlərin sayı 39 təşkil edib. Aprel ayında valyuta seksiyasında hərracların ümumi həcmi 42,752 mln. manat ($54,409 mln.) təşkil edib.
Hesabat ayında hər əqdin orta həcmi $1,395 mln., orta gündəlik dövriyyə - $2,59 mln. təşkil edib.
2012-ci ilin aprel ayında manatın ABŞ dollarına nisbətdə ortaölçülü məzənnəsi 0,7858 manat/$1 təşkil edib, bu isə mart ayında olan səviyyəyə uyğundur.
Hesabat ayında EUR/AZN aləti üzrə dövriyyə 311,91 min manat təşkil edib. Avronun manata nisbətdə orta ölçülmüş məzənnəsi bu alət üzrə 1,0397 manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət