Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının İllik Toplantısı 2015-ci ildə Bakıda keçiriləcək. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda keçirilməsinə dair qərar 2012-ci ilin 2-5 may tarixlərində Manila şəhərində (Filippin) keçirilən 45-ci İllik Toplantıda qəbul edilib.
Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov AİB-in prezidenti Haruhiko Kuroda ilə görüşüb. Görüş zamanı Azərbaycanda cari iqtisadi vəziyyət, AİB tərəfindən ölkədə maliyyələşdirilən layihələrin icrasının gedişi, eləcə də gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib.
S.Şərifov həmçinin AİB-in baş katibi Robert Douson, baş direktor Klaus Gerhausser və icraçı direktor Fil Boven ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əməkdaşlıq proqramı çərçivəsində AİB-in maliyyə dəstəyi ilə yeni layihələr müzakirə edilib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 2012-ci ilin əvvəlinə olan vəziyyətə görə, Azərbaycan hökuməti avtomobil yollarının tikintisi, energetika, su təchizatı və irriqasiya sistemlərinin yenidən qurulması, ASK sahələrində 7 layihənin həyata keçirilməsi üçün AİB-lə ümumilikdə $596,9 mln. məbləğində kreditlər haqqında sazişlər imzalayıb.
AİB-in 2011-2013-cü illərdə Azərbaycan üzrə biznes-planına uyğun olaraq, bank respublikaya ümumilikdə təxminən $1 mlrd. məbləğində kreditlər verməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət