Erməni tarixi həqiqətdə elm deyil, çünki, saxtalaşdırmalarla boldur. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri, politoloq Fuad Axundov bəyan edib.
“Ermənistan açıq səma altında vandalizm və dağıntılar muzeyidir. Uydurma “erməni tarixi” faktlara deyil, saxtalaşdırmalara əsaslanır. Ermənistan dünya elmi məkanında tarix elmində paranormal hadisələr baş verən xüsusi zonanın ləkəsi olub”, - deyə F.Axundov cümə günü “İnterfaks-Azərbaycan” İA-nın mətbuat mərkəzində rus dilində “Saxtakarlıqları ifşa edənlər” kitabının birinci cildinin və “Qafqazda Ermənistan?.. Mövcud olmamış ölkə...” videoçarxın təqdimatında bəyan edib.
Politoloq qeyd edib ki, ermənilərin Cənubi Qafqaz regionuna kütləvi köçürülməsi 1828-ci ildən İran Marağasından başlanıb. “Erməni alimlərinin ermənilərin Cənubi Qafqazda yerli əhali olduqlarını sübut etmək cəhdlərinə baxmayaraq, bütün tarixi faktlar onu göstərir ki, onlar Azərbaycanın tarixi torpaqlarında öz dövlətlərini quran gəlmələrdir”, - deyə o vurğulayıb.
F.Axundovun sözlərinə görə, məhz bu gün Ermənistan Respublikasının yerləşdiyi torpaqların azərbaycanlılarına məxsus olduğunu məhv etmək məqsədilə, ermənilər XX əsrin ortalarında Azərbaycan xanlığının eyni adlı paytaxtı olan İrəvanın tarixi mərkəzini məhv ediblər. “Azərbaycanlılar İrəvan xanlığını və bir sıra digər torpaqları ermənilər tərəfindən dövlət yaradılması üçün onlara verib. Minnətdarlıq əvəzinə indi onlar Dağlıq Qarabağa və Azərbaycanın digər torpaqlarına iddia edirlər. Lakin, Azərbaycan bu gün Cənubi Qafqazda ən güclü dövlətdir və heç zaman torpağının bir qarışını belə ayırmağa imkan verməyəcək”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, “Saxtakarlıqları ifşa edənlər” kitabında erməni yalançı tarixçilərin bütün uydurmaları xüsusilə xarici alimlər, siyasətçilər, yazıçılar, ictimai xadimlər tərəfindən təkzib edilir.
“Ermənistanın alimləri və ictimai xadimləri saxtalaşdırmalar haqqında” və “Ermənistan ermənişünaslığı ABŞ ermənişünaslığına qarşı” fəsilləri xüsusi yenilikləri ilə fərqlənirlər. Burada bir neçə erməni tarixçilərinin obyektiv tədqiqatları yığılıb. Məhz obyektivliyə görə, həmin alimlər bu gün Ermənistanda xalqın düşməni adlandırılır. Onların günahı ondaqn ibarətdir ki, bütün elmi əsərləri tarixi faktlara əsaslanır, çünki onlar paranormal tarixi elmi ilə Ermənistanda deyil, xaricdə işləyirlər. Stalinizm vaxtının xalq düşməni termini bizə yaxşı tanışdır. Görünür, bizim qonşularımızdan bəziləri o zamanın həsrətini çəkir”, - deyə F.Axundov bildirib
Qafqaz Tarix Mərkəzinin rəhbəri Şəlalə Həsənova öz tərəfindən bildirib ki, “Saxtakarlıqları ifşa edənlər” kitabında ABŞ, Avropa ölkələri, Rusiya və Gürcüstandan 140-dan çox müəllifin fikirləri və elmi tezisləri 32 mövzunu əhatə edir: “Erməniləşdirilmiş Albaniya”, “Elm və antielm”, “Uydurma salnamələr və tərcümələr”, “İrəvan: tarix, həqiqət və yalan”, “Oğurlanmış əsərlər və mixi yazı”, “Erməniləşdirilmiş məşhurlar”, “Əlifba: həqiqət axtarışında”, “Ermənilərin Qafqaza demoqrafik təzyiqi”, “301-ci il - ermənilərin "Xaç suyuna salınması" və ya absurd tarix”, “Oğurlanmış kilsələr”, “Müsəlman ziyarətgahlarının məhv edilməsi”, "Daşnak üçün öldürülmüş erməni qiymətlidir" və s.
Təqdimat zamanı “Qafqazda Ermənistan?.. Mövcud olmamış ölkə...” videoçarxı nümayiş edilib. Filmin birinci iki hissəsi “Rusiya tarixi İli”nə həsr edilib və bunun çərçivəsində Rusiya taxt-tacının sahiblərinin erməni ekstremizminin azğınlığına qarşı qərarları haqqda nadir faktlar təqdim olunub.
Bundan başqa, videoçarxda erməni millətçilərinin Rusiya dövlət quruluşunun əsaslarını sarsıtmağa çalışdıqları Rusiyanın tarixinin müxtəlif dövrləri əks olunub. Və hər dəfə onların dağıdıcı fəaliyyəti yüksək həddə çatanada, İmperatriça Yelizaveta, çarlar I Nikolay, III Aleksandr və II Nikolay tərəfindən müvafiq fərmanlar verilib.
“Kitab və videofilm ilk növbədə erməni tarixinin saxtakarları aldadan erməni ictimaiyyətinə ünvanlanıb”, - deyə F.Axundov qeyd edib.
Onun sözlərinə görə, hazırda “Saxtakarlıqları ifşa edənlər” kitabının ikinci cildi üzərində iş gedir. Kitabı həmçinin, erməni, ingilis və Azərbaycan dillərində dərc etmək planlaşdırılır. “Kitab, həmçinin film erməni millətçilərin məşğul olduqları informasiya müharibəsi və tarixin saxtalaşdırılması ilə mübarizədə vacib kömək olacaq”, - deyə F.Axundov vurğulaıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət