Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
“İyunun 2-də Bakı şəhəri üzrə XI sinif, iyunun 3-də IX sinif şagirdləri imtahan verəcəklər. Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda XI və IX sinif şagirdləri iyunun 8-də imtahan verəcəklər. İyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda imtahan keçiriləcək”, - deyə TQDK sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyunun 18-də Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda, iyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda, iyulun 4-də Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda XI sinif şagirdləri imtahan verəcəklər.
Şagirdlərin bilikləri 5 ballıq şkala üzrə qiymətləndiriləcək, buraxılış imtahanlarının nəticələri 10 gün ərzində məlum olacaq.
“Buraxılış imtahanlarına bütün doqquzuncu sinif şagirdləri, hətta qeyri-kafi qiymətlər almış şagirdlər buraxılacaq, imtahanda yenidən iki aldıqda isə onlara payızda təkrar imtahan vermək şansı veriləcək. 11-ci sinif şagirdlərinə gəlincə, buraxılış imtahanlarında yalnız müsbət nəticələr əldə edənlər iştirak edə bilər”, - deyə M.Abbaszadə bildirib.
O qeyd edib ki, TQDK Zaqatala rayonunda dağılan məktəblərin siyahısının dəqiqləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edib. “Bu rayondakı məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək, onların qiymətləndirilməsi yekun qiymətlər əsasında aparılacaq”, - deyə M.Abbaszadə söyləyib.
TQDK sədri həmçinin qeyd edib ki, mayın 4-də Təhsil Nazirliyi məktəb şagirdlərinin məlumat bazasını komissiyaya təqdim edib, lakin bu baza bütün tələblərə cavab vermir.
Onun sözlərinə görə, məktəb məzunlarının biliklərinin qiymətləndirilməsi ilə bağlı yekun qaydalar təxminən bir aydan sonra hazır olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət