Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Viktor Merejkin Ukrayna kazakları nümayəndələrinin Ermənistana səfəri və onlar tərəfdən söylənən Azərbaycana qarşı bəyanatlar verdiyi barədə erməni mətbuatının məlumatının doğruluğunu aydınlaşdırmaq niyyətindədir.
“Mən mütləq Ukrayna Beynəlxalq Kazak Akademiyası ilə əlaqə saxlayıb vəziyyəti aydınlaşdıracağam. Bu yüz faiz fitnəkarlıqdır”, - deyə V.Merejkin “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Erməni mətbuatına əsasən, mayın 8-də Ermənistanda “Şuşanın azad olması”nın 20 illiyinin qeyd edilməsi və Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümü çərçivəsində Ermənistana səfər edən Ukrayna reyestr kazaklarının nümayəndələri ilə yerli kazaklarının atamanı Nver Torosyanın görüşü olub. Xəbər verilib ki, Ukrayna kazak nümayəndə heyətinin tərkibinə getman Anatoli Şevçenko və general-mayor Vladimir Knışenko daxil olub.
Azərbaycan kazaklarının atamanı öz növbəsində bəyan edib ki, heç bir ataman Şevçenko ilə tanış deyil və güman edib ki, söhbət hansısa bir yalançılar haqqında gedir. “Ukraynada reyestr kazakları mövcud deyil, belə bir təşkilat Rusiyada var və dövlətə tabedir. Bunlar hər biri Ukrayna soyadları ilə erməni təhrikçiləridir”, - deyə o bildirib.
“Bu bütövlükdə sayıqlamadır. Azərbaycan kazakları müəmmalı getman Şevçenkonu tanımırlar və heç tanımaq da istəmirlər. Onlar yalnız Zaporojye kazak qoşununun atamanı, Ukrayna kazak qoşunlarının marşalı Dmitri Saqaydakı, həmçinin Beynəlxalq Kazak Akademiyasını tanıyrlar. Məhz bu akademiyanın qərarı ilə Azərbaycan Prezidenti ən yüksək - Qızıl ulduz kazak ordeni ilə təltif edilib, yaxın zamanda Beynəlxalq Kazak Akademiyasının nümayəndə heyətləri Bakıya səfərə gələcək”, - deyə V.Merejkin bildirib.
Onun sözlərinə görə, qeyd edilən A.Şevçenkonun Azərbaycan Prezidentinə bu yaxınlarda Ukrayna kazakları tərəfindən “Qolovatıy Ordeni”nin verilməsi qərarına qarşı olduğu barədə
bəyanatlar həmçinin Ukrayna kazaklarının qeyd olunan qərarına hiddətlənən ermənilərin fitnəkarlığıdır. V.Merejkin bəyan edib ki, tezliklə Ukrayna kazaklarının nümayəndə heyəti mükafatın təqdim edilməsi üçün Bakıya səfər edərək anlaşılmazlıqları həll edəcək.
A.Şevçenkonun “Ukrayna kazaklarının yaxın zamanda Ermənistan prezidentinə fəxri kazak mükafatı vermək haqqında təşəbbüslə çıxış ediblər, erməni torpağı uğrunda döyüşlərdə kazakların şərəfli qələbə tarixini, erməni tərəfinin kazakların tarixi abidələri, kazak kilsələri və zastavalarının qorunmasına qayğı ilə yanaşdığını bildiyi” barədə bəyanatları da uydurma hesab edir. “Bu da eyni cəfəngiyatdır. Kazaklar Ermənistanda heç zaman olmayıbar. Rusiyada görüşlər zamanı mən erməni nümayəndə heyətinin üzvlərindən nəyə əsaslanaraq Ermənistanda kazaklara hətta yeddi abidə qoyulub soruşanda, erməni stilində cavab aldım: “Puşkin həmçinin Afrikada olmayıb, lakin orada abidəsi ucalır”. Bundan sonra onlardan nə tələb etmək olar?”, - deyə V.Merejkin heyrət edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət