Azərbaycanda Gənclər Parlamentinin yaradılmasına dair uzunmüddətli layihə reallaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı layihənin təşəbbüs qrupundan məlumat verilib.
Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etməkdir
Gənclər Parlamenti Avropada siyasi debatlar, mədəniyyətlərarası görüşlər, siyasi təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən geniş platforma kimi nəzərdə tutulub.
Parlamenti seçiləcək 50 fəal gəncdən ibarət formalaşacaq.
Yaşı 18-29 arasında olan, ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri və fəalları, siyasi partiyaların gənclər qanadlarının nümayəndələri, istedadlı və ictimai aktiv tələbələr, beynəlxalq təşkilatlarda, KİV-də, özəl strukturlarda, dövlət strukturlarında və elm sahəsində çalışan gənclər Parlamentin üzvü ola bilərlər.
Gənc parlamentari olmaq istəyənlərdən mayın 28-nə qədər www.agp.az saytında qeydiyyatdan keçməlidirlər. Parlamentə üzvlərin seçilməsi ərizə forması və müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək. Təşəbbüs qrupuna Milli Məclis sədrinin müavini Valeh Ələsgərov,o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və b. daxildir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət